Gündəm
20:30, 13 sentyabr 2022
78
0

Ermənistan beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur


Ötən gecə Ermənistan Azərbaycanla sərhəddə genişmiqyaslı təxribatlar törətməklə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozdu. Son günlər baş verən proseslər bu ölkənin 10 noyabr bəyanatında yer alan müddəlara əməl etmədiyini açıq-aşkar göstərir. Müharibədən sonra ərazilərimizin minalanması, qanunsuz erməni silahlı birləşmələrinin hələ də Qarabağdan çıxarılmaması Ermənistanın ikili siyasət yürütdüyündən xəbər verir. Təbii ki, Azərbaycan öz ərazilərinin mütəmadi atəşə tutulmasına göz yuma bilməz və yummur da. Ölkəmizin istənilən təxribata qarşı özünümüdafiə imkanı var. Azərbaycan tərəfindən həyata keçirilən əks cavab tədbirləri tamamilə beynəlxalq hüquqa əsaslanıb.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan yolverilməz hərəkətlərini davam etdirir. Müharibədə məğlub olan ölkə 3 tərəfli bəyanatın tələblərini kobud şəkildə pozur".
Laçını tərk edərkən ərazilərin minalanması da ermənilərin çirkin əməllərindən əl çəkmədiyini bir daha göstərdi. Həmin minaların 2021-ci ildə istehsal olunması isə ermənistanın razılaşmalara məhəl qoymadığının əyani nümunəsi idi....Əfsər Sadıqovun sözlərinə görə, Ermənistan nəinki 10 noyabr bəyannaməsinə, Cenevrə konvensiyalarına da əhəmiyyət vermir.

Ermənistan tərəfi hələ də qarabağdan silahlı birləşmələrini çıxaracağı vədinə əməl etmir.Əksinə revanşist qüvvələrin baş qaldırmasına dəstək olur.Azərbaycan isə öz ərazilərində hər hansı bir təhlükənin olmasına göz yuma bilməz. Ekspert bildirir ki, ermənistanın mütəmadi olaraq beynəlxalq hüquqa zid addımlar atması, azərbaycanın haqlı olaraq özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı cəzalandırmasını zəruri edir.

Ekspert əlavə edib ki, əgər Ermənistan taxribatlara son qoymasa məcburetmə tədbirləri davam etdiriləcək.
Digər xəbərlər: