Cəmiyyət
Politoloq: "Beynəlxalq təşkilatların bəyanatları erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyətə malikdir"
"Döyüş meydanında məğlub olaraq aciz - çıxılmaz vəziyyətə düşən işğalçı Ermənistan mülki əhalini hədəf seçməklə müharibə cinayətlərini davam etdirir. Bu, eyni zamanda, təcavüzkar dövlətin terrorçu və faşist simasını əks etdirir".
Bunu Mia.az-a politoloq Nurlan Qələndərli deyib.
Politoloqun sözlərin görə, bu hal və hərəkətlər dünyanın gözü qarşısında yeni hərbi cinayət və genosid aktının törədildiyini, beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu göstərir: "İşğalçı Ermənistanın silahlı qüvvələri mülki əhaliyə qarşı kasetli “Smerç” raketlərindən istifadə etməklə beynəlxalq hüququn norma və prinsiplərinə, 1949-cu il Cenevrə Konvensiyalarına və onların Əlavə protokollarına zidd davranışlara yol verir. Buna görə də təcavüzkar dövlət hüquq müstəvisində cəzalandırılmalı, ona qarşı beynəlxalq sanksiya tətbiq edilməlidir".
"Ermənistanın müharibə cinayətləri vasitəsilə insan hüquqlarını kobud surətdə pozması nüfuzlu transmilli nəşrlərdə dərc olunan məqalələrdə, həmçinin beynəlxalq təşkilatların bəyanatlarında da əksini tapır. Bu kontekstdə “Human Rights Watch” və “Amnesty İnternational” kimi insan hüquqlarının müdafiəsi vəziyyətini araşdıran təşkilatların obyektiv bəyanatları isə erməni terrorizminin ifşası baxımından mühüm əhəmiyyətə malikdir. Hər iki təşkilatın sonuncu açıqlamaları isə Ermənistanın faşist mahiyyətini dünya ictimaiyyətinə çatdırdı",-deyən politoloq əlavə edib ki, ümumiyyətlə, son hadisələr Ermənistanın insan hüquqlarına bir terror təşkilatı kimi mürtəce münasibət bəslədiyini, terrorçu fəaliyyəti dövlət siyasəti səviyyəsində davam etdirdiyini göstərir.

Daha çox xəbər:
Erməni təxribatı nəticəsində 14 mülki şəxs öldü - 46 nəfər xəsarət aldı
Mehriban Əliyeva: "Neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"
Düşmənin top atəşi nəticəsində Beyləqanda 2 mülki şəxs həlak olub, yaralananlar var
İrəvan Bakıya qarşı silahlanır: lokal müharibə hazırlığı... - TƏHLİL
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb