İqtisadiyyat
Qızılın qiyməti düşüb
ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasının nəticələrinə dair hesabatın açıqlanması ərəfəsində qızılın qiyməti 1%-dən çox düşüb.
Regiitv.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın aprel fyuçersləri 1,53%, yaxud 30,05 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 930,75 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,57% düşərək, 1 unsiyası 24,895 ABŞ dolları təşkil edib.
Yaxın günlərin əsas iqtisadi hadisələrindən biri FES iclasının nəticələrinin açıqlanması olacaq. Analitiklərin çoxu hesab edir ki, tənzimləyici orqan baza (uçot) dərəcəsini artıracaq, bu isə ABŞ dolları üçün müsbət, qızıl üçünsə mənfə amil hesab olunur.
Daha çox xəbər:
Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10,51 milyard ABŞ dolları investisiya qoyub
Dünya bazarında neft qiymətləri necə dəyişib?
İraq və Küveyt neftin qiymətini aşağı salır
Ölkədə qızıl-gümüş ucuzlaşıb
Səudiyyə-Rusiya toqquşması "Azeri Light" neftini də kəskin ucuzlaşdırıb
Ölkədə qızıl-gümüş həftəyə ucuzlaşma ilə başladı
Neft və qazın ucuzlaşması davam edir
Dünya bazarlarında təbii qaz bahalaşıb
Azərbaycanda qızıl bahalaşır
Baş nazirdən bu məhsulların gömrük rüsumları ilə bağlı QƏRAR