Hadisə
22:40, 03 fevral 2022
70
0

Gəncədə sürücü sükan arxasında öldü: Maşın səkiyə çırpıldı

Gəncədə sürücü sükan arxasında öldü: Maşın səkiyə çırpıldı
Gəncədə sürücü sükan arxasında ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərdə hərəkətdə olan VAZ-2111 markalı avtomobilin sürücüsü sükan arasında olan zaman qəfil ürəyi tutub, bu zaman avtomobil yol kənarındakı səkiyə çırpılıb.

Müayinə zamanı sürücünün vəfat etdiyi məlum olub. İlkin məlumata görə, sürücü ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: