Hadisə
10:53, 31 oktyabr 2019
80
0

Sürücü yuxulayaraq qəza törətdi - Foto

Sürücü yuxulayaraq qəza törətdi - Foto
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizimyol.info xəbər verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Altay Turabov idarə etdiyi "Toyota" markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.

Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus "Daewoo Gentra" markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən kioska çırpılıb.

Hadisə zamanı işıqfor qırılıb, kioska isə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Sürücü yuxulayaraq qəza törətdi - Foto
Digər xəbərlər: