Sosial
14 yaşlı "patı" aludəçisinə görün kim narkotik öyrədibmiş
14 yaşlı yeniyetmə bu yaşda narkotik aludəçisinə çevrilib. Onu buna öz doğma anası və əmisi vadar edib. Zorla diləndirilən yeniyetmə 1 il əvvəl xəstəxanaya yerləşdirilib, çıxandan bir müddət sonra isə yenidən vərdiş etdiyi həyata dönüb. Daha doğrusu, döndürülüb.
Regiitv.az xəbər verir ki, hazırda Narkoloji Dispanserdə müalicə alan bu yeniyetmənin gələcəyi böyük sual altındadır. Çünki bədəni ilə yanaşı, onun beynini, düşüncələrini zəhərləyən ananın və əminin bundan sonra onunla necə rəftar edəcəyi bəlli deyil.
Təəssüf ki, ölkəmizdə onun kimilərin sayı heç də az deyil. Küçələrdə dilənən, avtomobil şüşəsi silən və ya salfet satan uşaqların aqibəti heç kimə məlum deyil. Bəs biz niyə onlara sahib çıxa bilmirik?
Küçədə tapılan 14 yaşlı yeniyetmənin dramını ekranlarınıza gətiririk. Məqsədimiz zorla özünü ifadə edən bu yeniyetmənin hekayəsi ilə ürəkləri parçalamaq deyil, müvafiq qurumlarımızı onun timsalında uşaqlarımıza sahib çıxmağa çağırmaqdır.
Daha çox xəbər:
17 yaşlı yeniyetmənin törətdiyi dəhşətli qəzada ölən var – Video
Oğuzda 13 yaşlı yeniyetmə itkin düşüb
Ağstafada yeniyetmə qız intihara cəhd edib
Azərbaycanda yeniyetmə faciəvi şəkildə öldü
15 yaşlı oğlan qız üstündə sinif yoldaşının başını kəsdi - FOTO
Bakıda 13 yaşlı qızı qaçırdılar
Təhlükə hər an, hər yerdədir: Yaşlı ananın küçədə gəzmək fəryadı – Video
Azərbaycanda DƏHŞƏTLİ OLAY: Ana 14 yaşlı qızını zorla ərə verib, nəvəsini...
Alsunun qızının vəziyyəti yaxşı deyil - Atası hərəkətə keçdi
Niyam Salami narkotik çəkdiyini etiraf etdi: "Görün, harada böyümüşəm?" - VİDEO