Hadisə
10:50, 22 may 2020
38
0

Oğuzda 13 yaşlı yeniyetmə itkin düşüb

Oğuzda 13 yaşlı yeniyetmə itkin düşüb
Fövqəladə Hallar Nazirliyi Oğuzun Xaçmaz kəndində yeniyetmənin itkin düşməsi ilə bağlı məlumat yayıb.

Anews.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, meşəlik ərazidə 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.
Digər xəbərlər: