Sosial
Son 10 ildə Azərbaycanın beynəlxalq arenadakı fəaliyyəti
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində azərbaycan pillə-pillə qarşıya qoyduğu hədəflərə nail olur. Həyata keçirilmiş islahatlar nəticəsində siyasi və diplomatik uğurlar əldə edildi, iqtisadi artım tempi ildən-ilə daha da möhkəmləndi, humanitar sahədə nailiyyətlər qazanıldı. Ordu quruculuğu sahəsində həyata keçirilmiş düzgün siyasət nəticəsində ötən il baş vermiş 44 günlük vətən müharibəsində Azərbaycan qələbə qazandı. Bütün bu uğurların əsasında isə dövlət başçısının qətiyyətli və prinsipial siyasəti dayanır.
Son 10 ildə prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan həm hərb meydanında, həm də diplomatiya cəbhəsində uğurlara imza atdı. Dövlət başçısı tərəfindən irəli sürülən təşəbbüslər beynəlxalq aləm tərəfindən də dəsdəkləndi. Ölkəmiz bir sıra beynəlxalq nüfuzlu tədbirlərə ev sahibliyi etdi. 2010-cu ildə BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edildi. Nəticədə 2011-2019-cu illərdə Bakıda 6 mədəniyyətlərarası dialoq forumu təşkil edildi. 2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycanın təklifi ilə ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı baş tutdu.
Bundan əlavə ölkəmizdə 2013-cü ildə Dünya İqtisadi Forumunun iclası, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2019-cu ildə Dünya dini liderlərinin II Sammiti kimi önəmli tədbirlər keçirildi. Qoşulmama Hərəkatına, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik ölkəmiz tərəfindən uğurla həyata keçirilib.
BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü də məhz azərbaycan tərəfindən irəli sürülüb və 130 ölkə tərəfindən rəsmi dəstəklənib. Xüsusi sessiya ötən ilin dekabrında baş tutub.
Millət Vəkili Elşad Mirbəşiroğlunun sözlərinə görə, bu illər ərzində bütün hədəflərinə çatmaq üçün azərbaycan əvvəlcə öz prioritet istiqamətlərini müəyyən edib və sistemli yanaşma tətbiq edib. Həyata keçirilən xarici siyasətin mərkəzində azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması dayanırdı.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində azərbaycanın beynəlxalq konfranslardakı fəaliyyəti çox səmərəli olub. Ölkəmizin ərazi bütövlüyü və Qarabağ münaqişəsinə dair beynəlxalq miqyasda mühüm qərarlar qəbul edilib. Prezident İllham Əliyev tərəfindən Ermənistanın işğalçı və qeyri-konstruktiv siyasəti ilə bağlı beynəlxalq müstəvidə hədəflənmiş fəaliyyət həyata keçirilib
Həyata keçirilmiş uğrulu xarici siyasət nəticəsində əldə edilmiş uğurlar hərb meydanında da qələbəni qaçılmaz edirdi. Ötən il 44 günlük vətən müharibəsində ölkəmizin qələbə qazanması bunun əyani sübutudur. Beləcə, azərbaycan qarşıya qoyduğu uzunmüddətli hədəfə nail oldu.
Millət vəkilinin sözlərinə görə, Beynəlxalq münasibətlər sisteminin iştirakçıları etibarlı dövlətlərlə əməkdaşlıq qurmağa üstünlük verirlər. Bu mənada Azərbaycanın formalaşdırdığı siyasi reallıqlara və ədalətli mövqeyə ayrı-ayrı dövlətlər tərəfindən aşkar hörmət nümayiş etdirilir.

Daha çox xəbər:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir, beynəlxalq nüfuzu artır".
XİN-dən İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi barədə AÇIQLAMA
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi Meksikada anılıb (FOTO)
İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
"Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"