Cəmiyyət
15:08, 26 iyun 2021
76
0

Bu gedişlə yoluxmalar yenidən artacaq - İnfeksionistdən xəbərdarlıq

Bu gedişlə yoluxmalar yenidən artacaq - İnfeksionistdən xəbərdarlıq Bəzi insanlar iki doza vaksin olunsa da, immunitet yaranmayıb”

“Vətəndaş, maskanı yuxarı qaldırın! İstidir axı, necə maska taxım? Onda metrodan çıxın, avtobusla gedin..."

Bu mübahisə dünən metronun “Qara Qarayev” stansiyasında polislə gənc oğlan arasında yaşanıb. Maskadan istifadə etmək istəməyən isə yalnız bu gənc deyil, son günlər avtobuslarda, restoranlarda, bir sıra qapalı məkanlarda əksəriyyət maskadan istifadə etməkdən imtina edir.

Ölkəmizdə isə koronavirusa yoluxma sayı hələ ki, ikirəqəmlidir. Sual olunur ki, yoluxma sayı nə vaxtsa təkrəqəmliyə düşəcəkmi, yoxsa bunun əksi olaraq artım olacaq?

Son günlər əhali arasında yaranan arxayınlıq yenidən təhlükəli vəziyyətin yaranmasına zəmin yaradır. Üstəlik, dünyada sürətlə yayılan və artıq Rusiyanı ağuşuna alan Hindistan ştammı COVİD-in 4-cü dalğasını yenidən gündəmə gətirib.

Bu arada qardaş Türkiyə milli TURKOVAC peyvəndinin sınaqlarının 3-cü, sonuncu fazasına başlayıb. Bir neçə həftə sonra artıq tətbiqə hazır olacaq. Bu, Azərbaycan üçün də önəm daşıyır. Biz bütünlüklə Türkiyə peyvəndinə keçə bilərikmi?

Bizimlə söhbətdə həkim-infeksionist İlhamə Abbasova mövzu ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Qaydalara əməl olunmur, insanlar qorunmur. İstər mağazalarda, istər nəqliyyatda, istərsə kafe- restoranlarda, istərsə də müəssisələrdə ciddi nəzarət yoxdur. Operativ Qərargah tərəfindən qərar verildi ki, maskalardan istifadə etmək önəmlidir. Hər kəs anlayır ki, istidə maska taxmaq olmur. Buna görə də açıq məkanlarda qadağalar aradan götürüldü. Amma qapalı məkanlarda bu məcburiyyətdir, istədin-istəmədin, maska taxmalısan. ”Boğuldum, nəfəs ala bilmirəm" kimi ifadələri kənara qoymaq lazımdır.
O ki qaldı, nəqliyyatda maskadan istifadəyə, burda məsələ bir az fərqlidir, ürəkağrıdandır. Əhalini qınamıram, kondisioneri olan avtobuslarımız yetərincə deyil. Bakı ətrafı kəndlərdə, qəsəbələrində kondisionerli avtobus yox səviyyəsindədir. Buna görə, insanları qınamaq da olmur. Hamı avtobusda, sıxlıq, basırıq vəziyyətdə dayanır. Bu şəraitdə maska taxmaq çətindir. Amma COVİD bu gedişlə artacaq. Bir partlayış olacaq. Məsələn, bizi qınayırlar ki, xəstəxanalarda COVİD xəstələri azalmışdısa, niyə bu yumşaldılmalar oldu. Başa salmağa çalışırıq ki, əgər virus yoxdursa, azalıbsa, icazələr olmalıdır. Toylara icazə verildi. Bu müsbət addımdır. Neçə müddətdir ki, insanlar toy edə bilmirdi. Amma çox xahiş edirəm ki, iyulun 1-dən şadlıq saraylarında ciddi nəzarət olsun. Çünki orda insanlar içkili olacaq, bir-birilə qucaqlaşacaq, məsafə saxlamayacaqlar. Mütləq maskadan istifadə olunmalıdır. Bir insanın digəri ilə 10 dəqiqə söhbət etməsi yetərlidir ki, COVİD-ə yoluxsun".
Digər xəbərlər: