Dünya
17:20, 16 iyun 2021
81
0

Kim Çen Indan qorxunc xəbərdarlıq: Hazırlıqlı olun, təhlükə qabaqdadır.

Kim Çen Indan qorxunc xəbərdarlıq: Hazırlıqlı olun, təhlükə qabaqdadır. Şimali Koreya lideri Kim Çen In hakim Fəhlə Partiyası (WPK) Mərkəzi Komitəsinin plenumunda çıxış edərkən, ölkədə mümkün aclıq təhlükəsini elan edib.

Kim Çen ölkəsində qida ilə bağlı gərgin vəziyyətin 2020-ci ildə baş verən təbii fəlakət səbəbindən yarandığını iddia edib.

Şimali Koreya başçısı keçən ilki təbii fəlakətin taxıl yetişdirmə planının icrasına mane olduğunu söyləyib. Buna görə də, ölkədə əhalinin qida ilə təminatında ciddi problemlərin yarandığını və dərinləşdiyini diqqətə çatdırıb.

Kim Çen In ölkədə koronavirusun yayılmasına qarşı tətbiq olunan tədbirlərin vəziyyətinin daha da ağırlaşdırdığını vurğulayıb. Onun fikrincə, qəbul edilmiş məhdudiyyətlər əhalinin geyim, qida və mənzil ilə təmin edilməsi uğrunda mübarizəni uzadıb.

O, partiya və ölkə sakinlərini çətin dövrə hazırlıqlı olmağa çağırıb.

Kim Çen In bundan əvvəli çıxışında Şimali Koreyadakı vəziyyəti “tarixin ən çətin dövrü” adlandırmışdı. Onun sözlərinə görə, bundan xilas olmaq üçün köklü dəyişikliklərə və sürətli inkişafa ehtiyac var.
Digər xəbərlər: