Dünya
12:33, 27 aprel 2020
40
0

Cənubi Koreya prezidentinin məsləhətçisi: Kim Çen In sağdır

Cənubi Koreya prezidentinin məsləhətçisi: Kim Çen In sağdır
Bazar günü Cənubi Koreya prezidentinin xarici məsələlər üzrə məsləhətçisi Mun Çanq İn Şimali Koreya rəhbərinin sağ olduğunu bildirib.

“Fox News” xəbər verir ki, onun sözlərinə görə, Kim Çen In aprelin 13-dən ölkənin Vonsan bölgəsində yaşayır.

“Mövqeyimiz qətidir. O sağdır. Bu müddət ərzində şübhəli hərəkət müşahidə etməmişik”, - deyə dövlət başçısının məsləhətçisi bildirib.

Qeyd etmək lazımdır ki, daha əvvəl Çinin “Weibo” sosial şəbəkəsində Şimali Koreya liderinin ölməsi barədə xəbər yayılmışdı.
Digər xəbərlər: