Dünya
Çində matəm elan edildi - Koronavirusa görə
Çin hökuməti aprelin 4-nü koronavirus epidemiyası qurbanlarının xatirəsinə ümumxalq hüzn günü elan edib.
Bu barədə TASS yerli televiziya kanallarına istinadən xəbər yayıb.
Çin Dövlət Şurası pandemiya qurbanları ilə yanaşı, insanları xilas etmək üçün həyatlarını fəda etmiş həkimlər üçün də aprelin 4-nü matəm günü elan etməyi qərara alıb.
Şənbə günü ölkədə, o cümlədən, xarici diplomatik nümayəndəliklərin ərazilərində bayraqlar endiriləcək. Bütün əyləncəli sosial tədbirlər ləğv olunub.