Dünya
15:59, 18 aprel 2021
64
0

Gürcüstanda iki həftəlik tətil elan edildi

Gürcüstanda iki həftəlik tətil elan edildi Aprelin 30-dan mayın 13-dək Gürcüstanda tətil elan olunub.

Bununla bağlı Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, aprelin 30-dan mayın 3-dək ölkədə Pasxa bayramı qeyd olunacaq. Mayın 4-dən 8-dək, eləcə də mayın 10-11-i ümumi istirahət günü olacaq.

Mayın 9-da Qələbə günü, mayın 12-si isə dini bayram (Apostol Andrey Pervozvanni) qeyd ediləcək.

Beləliklə, aprelin 30-dan mayın 13-dək ölkədə iş günü hesab olunmayacaq.

Hökumətin qərarına əsasən, bayram günlərində kənd təsərrüfatının müəyyən sahələrində, bank sektorunda, səhiyyə və iqtisadiyyatın bəzi sahələrində işləməyə icazə veriləcək.

Bildirilir ki, ölkədə koronavirusun üçüncü dalğası başlayıb. Bu qərar Pasxa bayramı və digər əlamətdar bayramlarda əhalinin daha sıx toplaşmasının və bu yolla koronavirusun daha çox yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib./axar.az
Digər xəbərlər: