İdman
Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb
Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası daha bir bürünc medal qazanıb.
Yarışda 87 kiloqram çəkidə mübarizə aparan Murad Fətiyev bürünc medal uğrunda kanadalı idmançı Antuane Valua-Forte ilə üz-üzə gəlib. Rəqibi üzərində qələbə qazanan cüdoçumuz üçüncü yeri tutub.
Qeyd edək ki, yarışın birinci günündə 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov da bürünc medala sahib olub.
Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.