Sosial
Şəhid ailələrinə ünvanlı yardım edilib - FOTO
Şəhid ailələrinin yaşı 65-dən yuxarı olan üzvlərinə, yaşlı müharibə veteranlarına və əlillərə ünvanlı yardım verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq, hərbi qulluqçular şəhidlərimizin yaşı 65-dən yuxarı olan ailə üzvlərinə, yaşlı müharibə veteranlarına və əlillərə ünvanlı yardım çatdırıblar.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək, zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.
Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək, onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.
Daha çox xəbər:
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
Bu gün Ünvanlı Dövlət Sosial Yardım ödənişləri veriləcək - Diqqət!
Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb
Ünvanlı sosial yardım üçün tələb olunan məlumatların sayı azaldılır
Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilir