Sosial
20:45, 23 mart 2021
414
1

Xəzərin Novxanı sahillərində suiti cəsədləri aşkarlandı: Nazirlikdən onların ölüm səbəbi ilə bağlı AÇIQLAMA

Xəzərin Novxanı sahillərində suiti cəsədləri aşkarlandı: Nazirlikdən onların ölüm səbəbi ilə bağlı AÇIQLAMA Xəzər dənizinin sahilində altı suiti cəsədi aşkar olunub.

Oxu.Az-ın məlumatına görə, suiti cəsədləri Novxanı istiqamətində görülüb.

Suitilərin balıq toruna ilişərək sahilə çıxdıqları ehtimal olunur. Onların hansı səbəbdən öldüyü barədə isə dəqiq məlumat yoxdur.

İdialara görə ərazidə dənizə qanunsuz olaraq çoxsaylı balıq toru atılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusunu Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov cavablandırıb.

O bildirib ki, hadisə yerinə baxış keçirilib və suitilərin ölüm səbəbi məlum olub:

"Xəzər dənizinin Novxanı istiqamətində suiti cəsədlərinə keçirilən vizual baxış zamanı onların yaşlı dişi fərdlər olduğu müəyyən edilib.

Xəzər suitisinin böyük hissəsi payızın sonlarında Şimali Xəzərə çoxalma miqrasiyası edir. Yetkin fərdlər yazın əvvəllərinə qədər burada çoxalır, martın sonu və aprelin əvvəllərində isə Orta və Cənubi Xəzərə doğru geri dönürlər".

"Araşdırmalar göstərir ki, daha yaşlı və zəif düşmüş fərdlər geri dönmə zamanı fiziki olaraq dözməyərək təbii ölümlə üzləşirlər. Çox güman ki, belə zəifləmiş və təbii ölümlə üzləşən fərdlər son günlərdə güclənmiş şimal küləkləri nəticəsində dəniz axınları ilə Abşeron yarımadasının şimal sahəsində dənizkənarı sahilə atılıb", - deyə M.Axundov əlavə edib.

M.Axundov onu da qeyd edib ki, analoji hadisə ötən il də baş vermişdi.
Xəzərin Novxanı sahillərində suiti cəsədləri aşkarlandı: Nazirlikdən onların ölüm səbəbi ilə bağlı AÇIQLAMA
Xəzərin Novxanı sahillərində suiti cəsədləri aşkarlandı: Nazirlikdən onların ölüm səbəbi ilə bağlı AÇIQLAMA
Xəzərin Novxanı sahillərində suiti cəsədləri aşkarlandı: Nazirlikdən onların ölüm səbəbi ilə bağlı AÇIQLAMA
Digər xəbərlər: