Sosial
Xəzər dənizinin suyu sürətlə azalır - SƏBƏB NƏDİR?
Son 5 ildə Xəzər dənizində suyun aşağı enməsi prosesi daha da intensivləşib ki, bu da iqlimdə baş verən dəyişikliklər, quraqlıqla əlaqədardır.
Regiitv.az “Report”a istinadən xəbər verir ki, bu barədə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov bildirib.
O, qeyd edib ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyu 2-4 metr çəkilib, Nabranda bu, 200, 300 metr təşkil edir, bəzi ərazilərdə isə çəkilmə daha çoxdur. Xəzərin Neftçala sahillərindən tutmuş, Lənkəranın Nərimankənd qəsəbəsinə qədər olan ərazi relyefdən asılı olaraq, bəzi yerlərdə 2 km-ə qədər geri çəkilib.
Abşeron, Sumqayıt, Muxtadır qəsəbəsinədək olan sahələrdə dənizin suyunun çəkilməsi özünü daha şiddətli büruzə verir. Kürdə baş verən məlum səbəblərdən çayın suyu bu il, demək olar ki, Xəzərə çatmayıb. Onsuz da az yağıntılı Xəzər regionunda yağışların miqdarının bir az da azalması dəniz suyunun azalmasında öz rolunu oynayıb.
M.İsmayılovun sözlərinə görə su çatışmazlığı yaxın 2-3 il ərzində özünü daha kəskin surətdə büruzə verəcək.
Daha çox xəbər:
Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
Xəzərdə suyun səviyyəsinin azalmasının səbəbi ilə bağlı rəsmi açıqlama
Qorxunc proqnoz: Xəzər dənizini təhlükə gözləyir
Azərbaycanın bu kəndində kranlardan dəniz suyu gəlir
Xəzər dənizinin əsas çirklənmə səbəbləri açıqlandı