Dünya
21:09, 09 mart 2021
67
0

Polşada COVID-19 xəstələrini təyin etmək üçün itlərdən istifadə olunacaq

Polşada COVID-19 xəstələrini təyin etmək üçün itlərdən istifadə olunacaq Polşada koronavirus infeksiyası daşıyıcılarını müəyyənləşdirmək üçün xidməti itlərdən istifadə ediləcək.

Bu barədə Polşa televiziyası məlumat verib.

“İlk dəfə Polşada axtarış itləri bələdçilər ilə birlikdə səkkiz həftəlik kursa başlayır. Məqsəd hava limanlarında COVID-19 xəstələrini müəyyənləşdirməkdir”, - məlumatda deyilir.

İtlərin təliminə Vrotslav Universitetinin alimləri nəzarət edirlər. Heyvanlara xəstə və sağlam insanlardan, həmçinin peyvənd olunmuş və koronavirusa yoluxub sağalanlardan alınan biomateriallardan istifadə edilərək təlim keçiriləcək.
Digər xəbərlər: