Dünya
14:54, 31 mart 2020
47
0

Bir ailənin 17 üzvü koronavirusa yoluxub

Bir ailənin 17 üzvü koronavirusa yoluxub
İngiltərədə, bir ailənin 17 üzvü, koronavirusdan ölmüş qohumlarının dəfnindən sonra COVİD-19-a yoluxub, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.

86 yaşlı Şeyla Brooks fevralın 9-da koronavirus infeksiyasından ölüb. Çox sayda ailə üzvünün qatıldığı dəfn mərasimi martın 13-də baş tutub. Bir neçə gündən sonra xanımın mərasimdə iştirak edən 65 yaşlı bacısı Syuzan Nelson reanimasiyaya yerləşdirilib və dünyasını dəyişib.

Ölümünün ilkin səbəbi koronavirus infeksiyası olub.

Brooksun dəfnindən sonra ailəsinin digər 16 üzvündə COVID-19 əlamətləri aşkarlanıb. Yoluxanlar arasında onun 34 yaşlı qızı Nelson Amanda da olub. "Qohumlarımızdan biri hazırda xəstəxanadadır və çox ehtimal xəstəlikdən qurtula bilməz" deyə Amanda bildirib. Amanda vurğulayıb ki, cənazə mərasimindən sonra 17 ailə üzvündə koronavirusa xas olan simptomlar aşkarlanıb. "Xəstəlik həm yaşlılara, həm də gənc qohumlara keçib", - o, deyib.

Koronavirus simptomları olan bütün ailə üzvləri evdə təcrid vəziyyətindədirlər. Amanda söyləyib ki, atası Robert ilə birlikdə sağalmaq üzrədir. "Öskürək digər simptomlar kimi hələ də mövcuddur, amma xoşbəxtlikdən səhhətimiz getdikcə yaxşılaşır. Ailə üzvlərimiz ətrafdakılarla məsafə saxlamaq və qrup halında yığmamaq barədə hökumətin tövsiyələrinə əməl etməyə çağırır. Zəhmət olmasa məsləhətə əməl edin. Evdə qalın və sağlam olun”, - deyə Karl xahiş edir.
Digər xəbərlər: