Gündəm
Dörd ay komada qalan qazimiz şəhid oldu
Vətən müharibəsində canından keçənlərin hər birnin öz qəhrəmanlıq dastanı var. Yarıda qalan hər ömrün arxasında həm örnək alınacaq, həm qürur duyulacaq bir əhvalat dayanır. 134 günlük həyat-ölüm mübarizəsində yenik düşən samxulu şəhid Babək Cəfərov kimi... Babək 4 aydan çox koma vəziyyətində qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərin ik günündən Vətən savaşına atıldı, torpaqların azadlığı uğrunda canı, qanı ilə savaşdı. 25 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə yaralandı. Düşmənlə savaşdan qalib çıxan Babək Cəfərov 4 ay yarımlıq həyat savaşından isə təəssüf ki, sağ çıxa bilmədi.
134 gün komada qalan döyüşçünü həyata qaytarmaq üçün həkimlər bütün səylərini ortaya qoyub. Ancaq bu mümkün olmayıb. Hərbi qulluqçumuz 1991-ci il təvəllüdlü Babək Cəfərovun nəşi doğulduğu Samux rayonunun Əlikənd kəndinə aparılıb. Şəhid rayonun Qarayeri qəbiristanlığında torpağa tapşırılıb.
Bütün bu müddət ərzində o ancaq doğmalarının səsinə mimika ilə cavab verə bilib.
Heç otuza da çatmayan yaşına Vətən boyda sevgi və fədakarlıq sığdıra bilən Babəkin qoyub getdiyi ad, miras indi onun həm doğmaları, həm də bütün el-obası üçün qürur yeridir. Babək Cəfərovun döyüş meydanında göstərdiyi şücaətlərə səbəbəbindən "Hərbi xidmətlərə görə" medalı ilə mükafatlandırılıb.