Gündəm
Daha bir şəhidimizin övladı dünyaya gəlib - VİDEO
Şəhid Mahmud Əhmədovun yeni doğulan qız övladı xəstəxanadan evinə yola salınıb.Bu barədə İctimai Televiziyada süjet yayımlanıb.
Bildirilib ki, Ağstafa rayonundan olan M.Əhmədovun tankı Vətən müharibəsinin ilk günü Tərtər istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən vurulub, nəticədə o, yaralanıb.
Hərbçimiz 18 oktyabra kimi Bərdə rayon xəstəxanasında müalicə alıb. Müalicəsini yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb.
Noyabrın 3-də Laçın rayonu istiqamətində gedən şiddətli döyüşlərdə Mahmud Əhmədov şəhid olub.
O, Ağstafa Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mahmud Fərman oğlu Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Daha çox xəbər:
Şəhadətinin 14-cü günündə gələn övlad payı - VİDEO
Şəhid mayor Namiq Əhmədov dəfn olunub
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə şəhid oldu (FOTO)
Təkrarlanan İlham-Fərizə DASTANI: Sevgilisi şəhid olan 17 yaşlı qız intihar etdi - VİDEO
“Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - Video
