Hadisə
22:10, 03 oktyabr 2019
51
0

Azərbaycanda faciəvi şəkildə ölən 52 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda faciəvi şəkildə ölən 52 yaşlı kişinin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyi Bərdədə suda batan şəxslə bağlı məlumat yayıb.

Anews.az nazirliyə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1967-ci il təvəllüdlü Mirzəliyev Rizvan Nəriman oğlunun meyitinin sudan çıxarılması üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu R.N.Mirzəliyevin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Araşdırma aparılır.
Digər xəbərlər: