Hadisə
12:40, 27 aprel 2020
38
0

Bərdədə faciə: İki qardaş öldü

Bərdədə faciə: İki qardaş öldü
Bərdədə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Anews.az-ın xəbərinə görə, hadisə rayonun Köbər kəndi ərazisində baş verib.

Rayon sakini, 1968-ci il təvəllüdlü Habil Məmmədovun idarə etdiyi "VAZ 2107” həmyerlisi, 1980-cı il təvəllüdlü Elnur Cəfərovun idarə etdiyi "Nissan” markalı avtomobillə toqquşub.

Nəticədə "Nissan” markalı avtomobilin sürücü E. Cəfərov hadisə yerində, sərnişini olan qardaşı Seymur Cəfərov isə xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: