Gündəm
10:38, 20 fevral 2021
68
0

Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Novruzda karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA Son günlər yoluxanların sayında azalma dinamikası davam etsə də, sərtləşmələrlə bağlı fikirlər də səsləndirilir. Belə ki, mart ayında karantin rejimində yenidən sərtləşmələrin olması ilə iddialar var. Novruz bayramında Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Bununla bağlı regiitv.az-a danışan Ədalət Rüstəm bildirib ki, Novruz bayramına kimi karantin rejimi yenidən sərtləşə bilər:

"Mart ayında bayramlar çox olduğu üçün, karantin rejiminin sərtləşdirilməsi gözləniləndir. İnsanlar bayram günlərində karantin rejiminə baxmayaraq yenə də bir-birilərinin evinə gedib gəlirlər. Bayram günlərində yoluxma və ölüm saylarının artmaması üçün yenidən məhdudiyyətlər ola bilər. Əlbəttə vaksinasiyadan və insanlarımızın 3 qızıl şərtə əməl etməsindən də çox şey asılı olacaq. Sevindirici haldır ki, insanlarımız qaydalara əməl edirlər. Demək olar ki, əvvəlki dövrlə müqayisədə maskasız insan yoxdur. Qapalı yerlərdə də insanlarımız maskadan düzgün istifadə edirlər. Düşünürəm ki, əldə edilən müsbət nəticəni qorunmaq məə martda bayramlara görə sərtləşmələrə gedilə bilər".
Digər xəbərlər: