Cəmiyyət
“Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - Video
Mingəçevirdən olan iki qardaş - Əli və İslam Əhmədovlar II Qarabağ müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.
Regiitv.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidlərin anası Sevinc Əhmədova "ATV xəbər”ə müsahibəsində bildirib ki, qardaşlar millətini, xalqını çox sevirdi:
"İslam həmişə deyirdi ki, ana, mən şəhid olacağam. Həmişə onu deyirdi. Əli də institutu qurtarıb əsgərliyə getdi, sülhməramlıya düşdü. 6 ay Bakıda, 6 ay da Əfqanıstanda qulluq elədi. İslam həmişə deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib”.
Ananın sözlərinə görə, Vətən müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb:
"Birinci İslam şəhid olub, sonra Əli. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.
Sevinc ana deyib ki, ailə Əlinin toyuna hazırlaşırdı. O, vağzalı çaldırıb gəlin gətirəcəyi günün xəyallarını qurarkən iki oğlunu birdən son mənzilə yola salıb:
"İslam subay idi, Əliyə nişan etmişdik. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.
Daha çox xəbər:
Şəhid mayor Namiq Əhmədov dəfn olunub
Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı
Şəhadətinin 14-cü günündə gələn övlad payı - VİDEO
Xalq artistinin oğlu Şuşa uğrunda döyüşlərdə şəhid oldu (FOTO)
Təkrarlanan İlham-Fərizə DASTANI: Sevgilisi şəhid olan 17 yaşlı qız intihar etdi - VİDEO