Cəmiyyət
DİQQƏT! Müddət uzadıldı
2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı uzadılıb.Regiitv.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulunun vaxtı 19 fevral saat 10:00-a qədər uzadılıb. Daha əvvəl sənəd qəbulunun vaxtı 18 fevral saat 23:59-dək müəyyən edilmişdi.
Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib.
Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Daha çox xəbər:
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir
DİM-dən əvvəlki illərin məzunlarına müraciət
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
Bu şəxslərin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək
