Təhsil
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti 25 yanvar 2020-ci il tarixinədək davam edəcək.(apa)
Daha çox xəbər: