Gündəm / Təhsil
HAQSIZLIQLAR, HÜQUQSUZLAR... SDU-da nə baş verir...?
Sumqayıt Dövlət Universitetində son günlər başverənlərə diqqət kəsiləndə aşağıdakı iki nüans diqqəti cəlb edir. Birinci nüans son zamanlar cəmiyyətdə müdriyyətə fərqinə varmadan ləbbeyk deyənlərə unvanlanan , - " AXI BUNLARI YETİŞDİRƏN UNVERİSTET YOXDU. BƏS BU QƏDƏR YALAĞ, YALTAĞ HARA MƏZUNUDU ? " - deyimidir ki, bu ibrətamiz ifadəni SDU - nin "Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Neyman Nərman oğlu Xasayevin qanunsuz yerə işdən çıxarılması ilə də bağlamaq mümkündür... Haqsız yerə , qanunun aliliyini bir heçe saymaqla işdən çıxarılması ilə hesablaşmaq istəməyən dosent Neyman Xasayevin Sumqayıt şəhər Məhkəməsinə göndərdiyi İşə bərpa idda ərizəsinə rədd cavabının verilməsi faktı isə Azəbaycan Respublikası Məhkəmə sisteminde bərqərar olmuş özbaşnaliqları və ələalınmaqla ədalətsiz qərar cıxarmaları bir daha təsdiq etməkdədir. Məhkəmə sistemində hökm sürən cəzasızlıq prizumpiyasi hakim R. Qoşqarlının çəkinmədən zərərçəkmişin haqlı iddiasını təmin etməmək üçün icbari şahid ifadələrini dəyişdirib, S.Məhərrəmovanın təşkilatçılığı ilə hazırlanmış saxta akt, iclas protokolu, qanunsuz və saxta əmrlərə istinad etməklə ədalətsiz qetname çıxarmasının əsas səbəbidir desək heç de yanılmarıq. Sumqayıt şəhər məhkəməsinin çıxardığı bu ədalətsiz qətnaməni ömrünün son beş ilini SDU - da gənclərmizin təlim - tərbiyyəsinə canıdildən sərf etmiş, zəngin bilik və bacarıqlarını Universitetdə dərs dediyi magistrant və bakalavrlara müzayiqə etmədən mənimsətmiş, bir çox elmi, elmi - kütləvi tədqiqatın; tarixi keçmişimizi özündə əks etdirən proqram, metodik vəsait, dərs vəsaiti, tezis, məqalə, elmi məruzə və monoqrafiyanın müəllifi, Attestatli dosente qarşı aparılan qara piar kompaniyasının kluminasiya nöqtəsi kimi dəyərləndirmək lazimdir. Maraqlıdır ki, Neyman müəllimin məhkəmə zalında verdiyi izahat zamanı haqqında yazılıb tərtib olunan bir neçə saxta xəbərdarlıq, arayış və aktların yalnız birindən xəbəri olmasını faktlarla sübut etməsinə , digərlərinin ise məhkəmə ərəfəsində düzülüb-qoşulub hazırlanmasını bildirməsinə rəğmən "haqq-ədalət keşikçisi" hakim R.Qosqarli bu faktı nədənsə muammalı şəkildə nəzərə almayıb. Hansı ki, Azərbaycan Respublikasının MPM- sinin 88 maddəsinə görə hakim üçün hərhansı bir faktın əvvəlcədən, araşdırılmadan müəyyən olunmuş qüvvəsi yoxdur. Universitet rəhbərliyinin xüsusi göstərişi əsasında, sonradan, işdən çıxarılma əmri ilə uzlaşmayan saxtakarlıqla hazırlanmış qarayaxmalardan iddaçı qismində tanınan Neyman müəllimin xəbərinin olmaması gerçəkliyi göstərilən bir çox məsələlərin çözülməsinə işıq salaraq aşağıdakı qənaətə gəlməyə imkan verir:
1. Bütün bu saxta sənədlər "kriminal zonaya" - kafedraya rəhbərlik edən , Neyman müəllimi zorla ələ keçirdiyi müdir kürsüsü üçün yeganə təhlükə mənbəyi sayan S.Meherremovanın təşkilatçılığı və diktəsi üzrə tərtib olunmuşdur 2.Rektor tərəfindən isə repressiya dövründə olduğu kimi, heçbir qanunvericiliyə əsaslanmadan təsdiqlənərek məhkəməyə təqdim edilmişdir. Əslində Neyman müəllimin özünün də təsdiq etdiyi kimi, bütün fakültələrdə elan edilmiş yalnız bir yazılı xəbərdarlıq olub ki, o da Əmək Məcəlləsinə istinadən 2018-ci ilin iyun ayıňa aid edidiyi üçün altı aydan sonra öz qüvvəsini itirmis sayılir. Bundan savayı yazılı xəbərdarlıq işçi üçün Əmək Məcəlləsinə istinadən tənbeh forması hesab edilmir. Bu mühüm amillər ise nüfuzlu elm və təhsil adamının işdən uzaqlaşdırılmasına heçbir qanuni əsasın olmadığını bir daha təsdiqleyir. Hemçinin dekan A. Baxşəliyevin, kafedra müdiri S.Məhərrəmovanın, kafedra əməkdaşları Samir Kərimli və Sarvan. Bədəlovun Neyman müəllimin artan nüfuzundan çəkinərək ona qarşı qarayaxma kompaniyası aparmaları faktını da bütün çılpaqlığı ilə üzə çıxarmış olur.
TANIŞLIQ :- NEYMAN NƏRMAN OĞLU XASAYEV - 1985-1990 cı - illərdə BDU - nun Tarix fakultəsinin əyani şöbəsini yüksək qiymətlərlə bitirmiş, məhz buna görə də gənc mütəxəssis kimi təyinatla o, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun Arxeologiya və Etnoqrafiya sektoruna göndərilmişdir. Neyman müəllimin tanınmış tarixçi alim, zəngin təcrübəyə malik bir pedaqoq, metodist kimi keçib gəldiyi işıqlı yola nəzər saldıqda onun bu vaxta qədər bir mötəbər monoqrafiyaya, iki sanballı dərs vəsaitine, 3 metodik vəsaitə, 7 dövlət əhəmiyyətli proqrama, bir çox elmi tezis, məqalə ve məruzəyə müəllifik etməklə elm aləmində öz imzasını təsdiq etdiyini real şəkildə görə bilərik. Alim 1998-ci ildə müdafiə edərək Tarix elmləri üzrə fəlsəfə doktoru adinı almışdır .1993-cu ildən etibarən isə Respublikanın müxtəlif ali məktəblərində baş müəllim, dosent vəzifələrini tutmaqla nümunəvi bir pedaqoq kimi çalışmışdır.
Bəs onda SDU-nun Tarix və onun tədrisi metodikası kafedrasında dosent Neyman "Xasayeve qarşı yönəlmiş qarapiar kompaniyasınin kökündə nə dayanır? Müəllimin təxminən üç il əməkdaşlıq etdiyi bu "KRİMİNAL ZONA" da əslində ne baş verir...?
İddaçı Neyman Xasayevin Sumqayıt şəhər , eləcə də Sumqayıt Apelyasiya məhkəmələrinə ünvanladığı işə bərpa qismində şikayət ərizələrində bu biyabırçılığın haradan qaynaqlanması barədə geniş yazılıb.
Belə ki, 2017-ci ildə Neyman Xasayeve yaz sessiyası imtahanlarının başa çatmasından az sonra dekanlıq tərəfindən şübhəli bilinib yenidən yoxlamaya cəlb edilən bir ədəd bakalavr isini obyektiv şəkildə qiymətləndirilməsi tapşırığı verilir. Bu zamanTəhsil Nazirliyinin təlimat və normalarına uyğun olaraq fənni tədris etmis müəllimin , ilk qiymətləndirmə aparanın soyadı gizlin saxlanılmalıdır. Lakin qeyd edək ki, Neyman müəllim şübhə doğuran yazı işıni yoxlamağa girməmişdən öncə dekan A.Baxşəliyev tərəfindən qeyri-qanuni şəkildə məlumatlandırilan fənn müəllimi S.Məhərremova N.Xasayevə yaxınlaşıb şübhəli yazı işinin ona məxsus olduğunu bildirməkden çəkinməmiş, tələbəyə yazdığı şişirtmə 50 balı qüvvədə saxlamaqı israrla ondan xahiş etmişdir. N.Xasayev isə fənn müəlliminə rədd cavabı verməklə işi yoxlayarkən tələbənin bir neçə sualın cavabını düzgün yazmadığıňı, fenn müəlliminin isə onları "0" balla qiymtləndirmək əvezinə qeyri obyektiv qiymətləndirmə apadiğıni aşkara çıxarmışdır. Nəticedə öz pedaqoqluq məsuliyyətini dərk eden N.Xasayev fenn müəlliminin şişirtmə xarakterli 50 balını 23 bal azaltmaqla obyektiv formada 27 bala endirmişdir. Hansı ki, mövcud təlimata, rektorun daxili göstərişinə əsasən, əgər yenidən yoxlama qiyməti ilə, fənn müəlliminin verdiyi bal arasında 4 - 6 baldan artiq fərq yarandıqda təşkil edilmiş apelyasiya komissiyası tərəfindən hər iki müəllimin qiymət meyarı araşdırılır, sonda kim obyektiv qiymət verməyibsə rektorun əmri ilə həmin müəllimə ən azından şəxsi işinə yazılmaqla ya şiddetli töhmət verilir, ya da o, ərizəsi alınmaqla Universitetdən kenarlaşdırılır. Lakin fənn müəlliminin kənardan dəstək aldığı "krişa"sının rektora ciddi təziqi nəticəsində nəinki, S.Meherremovaya qarşı yuxarıda qeyd etdiyimiz normaları şübhəli şəkildə pozduğuna gorə ciddi tədbir görülmüş , hətta qeyri-qanuni formada mətbuatda Respublika üzrə elanı getmiş Universitetin Tarixi və onun tədrisi metodikası kafedrası müdiri seçkilərinə qatılmasına belə münbit şərait yaradılmışdır. Yuxarıda qeyd etdiyimiz yüksək səviyyəli atributları ilə kafedra müdiri seçkilərində bütün iştirakçılara qalıb gələcəyi şübhə doğurmayan dosent Neyman Xasayev seçkinin tamamlanmasina sayılı günlər qaldığı bir zamanda cinayətkarcasina mühazirə apardıqı aiditoriyadan çıxarılmışdır. Dəhlizdə dekan A. Baxşəliyev tərəfindən muəllimə ərizəsini geri goturmeyeceyi təqdirdə işdən çıxarılacağı ilə bağlı təhdidlər edilmiş, nəticədə məlum kafedra müdiri seçkilərinə qatılmaq üçün verdiyi ərizənin qeyri-qanuni formada geriye göturulməsinə nail olunmuşdur. Formal şəkildə bir rəqiblə guya alternativlik donu geyindirməklə qarşı qarşıya qalmış, S.Məherrəmova əslində secilməyərək təyin olunarkan Neyman müəllim kafedra müdiri atributlarına cavab verməyən, yuxarda qeyd etdiyimiz ciddi səbəblə bağlı Universitetdən qovulması gözlənildiyi halda seçkilərə ən aşağı səviyyəli bir namizəd kimi qeyri - qanuni şəkildə qatılan bu diletanta deyil, digər namizədə öz səsini vermişdir. Lakin xüsusi göstərişə əsasən formal şəkilde kafedra əməkdaşlarının əksəriyyətinin səsini əldə edən S.Məhərrəmova layiq olmadığı müdir kursusunə seçilərək deyil, təyin olunaraq yiyələnməyi bacarmışdir. Bununla da baş müəllim S. Məhərrəmova ilə dosent N. Xasayev arasında ikinci konfliktin əsası qoyulmuşdur. Kənardakı himayədarina arxayın olub ondan təlimat alan S. Məhərrəmova yaxşı bilirdi ki, N. Xasayev nüfuzlu pedaqoq kimi tanınmaqla yanaşı , həmçinin sanballı bir tədqiqatçı alim kimi də Universitetdə qəbul olunmaqdadır . N .Xasayevin yazdığı elmi-metodiki işlərdə öndə adının getməsi və qonaq müəlliflik etmekle sanballı əsərlərə yiyələnmək sevdası ilə yaşayan S. Məhərrəmova müdir təyin olunandan təxminən 15 gün sonra ikinci ilə öz kabinetində məxvi görüşərək məlum niyyətini bildirməkle razilasacagi təqdirdə kafedrada yalnız onunla hesablaşacagini desə də qarşı terefden rədd cavabı almişdir. Sona müəllimənin havadari qismində çox zaman çıxış edən dekan A. Baxşəliyevin eyni məzmunlu təklifinə də N. Xasayev tərəfinden rədd cavabı verilerken, o, birinci terefinden vəziyyətinin bundan sonra yaxşı olmayacağı hədəsi ilə təhdid olunmuşdur. Beləliklə S. Məhərrəmova ilə Neyman müəllim arasında üçüncü münaqişənin də bünövrəsi qoyulmusdur. Bundan sonra artıq N. Xasayevin nəinki, kafedrada, hətta fakültədə belə qara günləri başlamışdir. Məhkəməyə təqdim edilen
izahatlara, qurama, hüquqi don geyindirilərək məhkəmə müstəvisinə çıxarılan hərbir arayış, əmr , protokol, üzə durmalara və digər detallara diqqət kəsiləndə görürsən ki, "Tarıx və onun tədrisi metodkası" kafedrasının dosenti Neyman Nəriman oğlu Xasayev, "KRİMİNAL ZONA" adlandırilan kafedrada çox böyük çətinliklə işləyib. Hər addımı izlənilib, ona qarşı aparılan qarayaxma kompaniyası durmadan genişləndirilib. Hətta İmkan düşdükcə müəllimin qəsdən əsəbləşdirilməsinə nail olunmuş, özündən çıxarılmasına ciddicəhdlər edilmişdir. 2018-ci ilin mart ayinda Teləbə Elmi Cəmiyyətinin bölmə iclasında S. Məhərrəmovanın məxvi göstərişi ilə müəllim S.Bədəlov tərəfindən qəsdən yeniden əsəbləşdirilən müəllim ciddi ürək sarsıntısı keçirməkle, ürək xəstəliyinə düçar edilmisdir . Neticedə səhhətində ciddi problem yarandığı üçün anju müayinəsi edilən müəllim həkim məsləhəti ilə yataq rejimində evdə anbalator müalicə almısdır. N.Xasayev yataq şəraitində olması səbəbindən bülleteni gec yazdırmiş, neticede iki gün bulletendenkenar işə çıxmamağına görə ona rektor tərəfindən yazılı xəbərdarlıq elan edilmişdir. Qeyd edək ki, bu faciəvi hadisə iş prosesi zamanı baş verdiyinə görə həm səbəbkar şəxslər rəhbərlik tərəfindən cəzalandırilmalı, həm də müəllimə dəymiş maddi, fiziki və mənəvi ziyan konpensasiya şəklində ödənilməli idi... Onu da vurğulayaq ki, müəllimə qarsi aparılan qarayaxma kompaniyası və qarapiar əməliyyati tək bununlarla bitib qurtarmayaraq, davamlı xarakter almışdır... Məkirli səkildə aparılan bu qarapiar kompaniyasi zamanı yalnız bir məqsəd gudulmuş, o da müəllimi öz istəyi ile işden kənarlaşdırmaqa xidmət etmişdir.
Neyman müəllimin könüllü işdən azad olunmasina nail ola bilmeyen sər ,böhtançilar ,olmazın biyabırçılığına getməyi qarşısına məqsəd qoyan "kriminal zona" üzvləri başqa bir neçə cirkin niyyətə əlatımaqdan belə çəkinməmişler.
Bunlardan ən başlacisı kafedranın müəlliməsi Bənövşə Cəlalzadəyə qarşı guya Neyman müəllimin etdiyi çirkin əməlleri pisləmek, rektora çatdırmaq niyyetinə xidmət etmişdir. Nəhayət bu növbəti qarayaxma əməli Universitetin Həmkarlar ittifaqının iclasına çıxarılmışdır.
Hansı ki, olmayan bu neqativ halları məhkəməde şahid qismində ifadə veren müəllimə B. Cəlalzadə öz ifadəsi ilə təkzib etsə də nədənsə hakim bunu nəzərə almamısdir. Haşiyə olaraq deyek ki, Universitet Həmkarlar təşkilat Komitəsi sədrinin, elmə və tədrisə təsadüfen gəlmiş Elmar Xəlilovun Neyman Xasayevin böyük dərs vəsaitinin öz adına çap etdirməsi və hemkarlar komitəsinin iclasını keçmişin kolxoz sədrləri kimi zerercekmişe yönəlmiş təhdid, təhqir və hədə ilə aparmasi faktları SDU - da vəziyyətin heç də ürəkaçan olmadığı gercəkliyini ortaya qoyur...
QISA ARAYIŞ : - Tarixçi alim, dosent Neyman Xasayev SDU-da işlədiyi qısa zaman kəsiyində universitet üzrə heç kimin qazanmadıqı bir karyera sahibinə cevrimişdir. Belə ki, 2017 - ci ildə rektor E.Huseynov tərəfindən ona beynəlxalq müəllimlər günü münasibəti ilə elmi pedaqoji fəaliyyətində əldə etdiyi nailiyyətlərə, gənc nəslin təlim tərbiyəsində qazandıqı muvəffəqiyyətlərə görə FƏXRİ FƏRMAN verilmiş, iki illik səmərəli fəaliyyəti əsas götürülməklə 2017-ci ildə 5 il müddətinə dosent vəzifəsinə seçilmiş, Universitet Elmi Şurasının Yekdil qərarı ilə sənədləri, 2018-ci ildə AZƏRBAYCAN REPUBLİKASI PREZİDENTİ yanında ALİ ATTESTASİYA KOMİSSİYASINA göndərilmiş, orada da iki ay muddətinde elmi pedaqoji fəaliyyəti nümunəvi sayılmaqla RESPUBLİKA üzrə ATTESTATlı DOSENT adına layiq bilinmişdir. Bundan savayı İşlədiyi "Tarix ve coğrafiya" fakültəsi üzrə ixtisas müəllimi olaraq beş pedaqoqdan biri kimi 2917- 2020-ci ildə DÖVLƏT İMTAHAN KOMİSSİYASININ üzvü olmuşdur. 2017 - 2019-cu ildə nümunəvi müəllim kimi her ay maaşına 100 manat mükafat əlavə edilmişdir . Bundan savayı N.Xasayevin sənədləri sayılıb seçilərək müəllim mübadiləsi "Mövlanə" proqramı ilə baglı qardaş TÜRKİYƏ CÜMHURİYYƏTİNİN TƏHSİL NAZİRLİYİNƏ göndərilmiş, bəyənilərək nüfuzlu ,52 min tələbəsi olan AYDIN ADNAN MENDERES Universitende Azerbaycan tarixi kontekstinde Türk xalqlarınin tarixi fənnindən mühazirələr deməsinə gətirib çıxarmışdır. Dosent N. Xasayev Aydın Adnan Menderes universitetində apardığı dərin məzmunlu mühazirələri, nümunəvi davranışı ilə tələbə və müəllim kontingentinin sevimlisinə çevrilmiş, Türkiyenin təlim ve tədris təcrübəsini öyrənməklə nümunəvi serdifikat alaraq geri dönmüşdür. Qeyd edək ki bu fakt SDU-nun rəsmi sayıtında da yayımlanmışdır. 2020-ci ilin fevral ayında universitetin genişləndirilmiş Elmi Şurasında müəllimin yenə də elmi pedaqoji fəaliyyətindəki uğurlar nümunəvi sayılmaqla, tədqiqat aparmaq səriştəsi yüksək qiymətləndirilməklə Tarix ve coğrafiya fakültəsi üzrə elmi işlərlə bağlı dekan müavini vəzifəsinə namizədliyi irəli sürülmüşdür. Nəhayət 2019-ci ildə Tarıx və coğrafiya fakültəsi ilə Filologiya fakültəsinin birgə ixtisaslaşdırılmış Müdafiə Şurası yaradılarkan təmsil olunduqu 18 nəfərlik kafedradan yalnız Neyman müəllimin bu mötəbər Şuraya namizədliyi irəli sürülmüş sənədləri AAK-a təqdim edilmisdir. Bütün bunlar dosent Neyman müəllimin nəinki təmsil olunduqu Tarix ve coğrafiya fakültəsi, hətta umumən Universitetin professor və müəllim heyəti üzrə necə nümunəvi, nüfuzlu pedaqoq, tanınmış elm adamı olmasına dəlalət etmirmi....?!
Bütün bunlar acınacaqlı, utancverici göstərici olaraq ondan xəbər verir ki, savadlı, işinin bilicisi, elimli Neyman müəllim kimi bir şexs unveristetə lazım deyilmis. Haşiyə olaraq qeyd edək ki, son dövrlərdə SDU ictimaiyyətə böyük rüşvətxorluq, korrupsiya mənbəyi kimi də tanıdilmaqdadır. Ölkəmizdə fəaliyyət göstərən sayıtların xəbər lentində həmişə bu haqda maraqlı informasiyalarin dolaşması amili bu faktı tam şəkildə təsdiq etməkdədir. Filologiya fakültəsinin birinci kurs tələbəsi Rumiyyə Qasımovanın unveristetdə qoyulan rüşvəti verimeye imkanı olmamaması səbəbindən özünü dənizə ataraq qəsd etməsi faktı sayitlarda əksini qabarıq şəkildə tapmaqdadır. Bu cür alçaldıcı və üzücü davranışın, rüşvətin, korrupsiyanın təməli hələ keçmiş rektor Nadir Qəhramanovun dövründə qoyulsa da bu gün, Elxan Hüseynovun rektorluğu dövründə isə özlərinin çiçəklənmə dövrünü yaşamaqdadir. Yuxarıda qeyd etdiyimiz
İkinci nüansa gəldikdə o, hakimin doğru olaraq "KRİMİNAL ZONA" adlandırdığı kafedradakı Neyman müəllimin vurğuladığı bəzi halların hakim tərəfindən araşdırmaması ilə baglıdır. Belə ki, Neyman müəllimin təmsil olunduğu kafedrada bir nurçu və bir vəhabinin müəllim kimi fəaliyyət göstərməsi realligı , onların kafedra müdiri tərəfindən ciddi-cəhdlə qorunması , dekanın isə buna gözyumması faktları çox acınacaqlı hal kimi qiymətləndirilməlidir. Ölkəmizin bu həssas məqamında, 5 - ci kalon deyilən qüvvələrin hər fürsətdə fəallaşıb dövlətçilik əlehinə atdıqları addımların gercəkləşdirildiyi bir zamanda, təmsil olunduğları qurumlara sadiq qalib, qeyri-leqal təşkilatlardan aldıqlarının müqabilində ali məktəb ocaqlarinda, dövlətə və dövlətçiliyə zidd ideyaların yayılmasina qəsdən şəraitin yaradılması amili bizləri Türkiyə Cümhuriyyətində baş vermiş "derbe " hərəkatına bənzər bir qiyama, teokratik xarakterli bir çevrilişə surukləmirmi?! Bu gün, Neyman müəllim tərəfindən söynəlinlərin kimlərin məxvi, qeyrileqal olaraq hara, kimə qulluq etmələrinin hüquq mühafizə orqanları tərəfindən diqqətlə araşdırılmasına böyük ehtiyac duyulmaqdadir. Çünki böyük bir tədris müəssisələrində kiminin "vahabi", kiminin "fetoçu", kimininsə də başqa qrumlara xidmət göstərməsi dövlətin hüquq - mühafizə orqanlarının diqqətində olmalı, ciddi araşdırılmalıdı. İnanırıq ki, bu məlumatlar ciddi nəzarətə göturülüb, diqqətlə araşdırılacaq.
P. S: Yazı çapa hazırlanan ərəfədə öyrəndik ki, SDU - ya Təhsil Nazirliyi tərəfindən ümumi işlər üzrə prorektor təyinat alıb. İnanırıq ki, Təhsil Naziri hörmətli Emin Əmirullayev və təzə prorektor tərəfindən unveristetdə başverənlər, Neyman Xasayevə qarşı edilən haqsızlıqlar ciddi nəzarətə götürülərək araşdırılacaq...