Cəmiyyət
SON DƏQİQƏ! Məhkəmə İlkinlə bağlı qərar verdi
Bakı Apelyasiya Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı birinci intansiya məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Oxu24.com xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ. Süleymanovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Daha çox xəbər:
Nərmin cinayətində adı çəkilənlərin ifadəsi alınır - Baş Prokurorluq
Nərminin qətlə yetirildiyi kənddə SON VƏZİYYƏT - VİDEO
Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: "Videoda adı çəkilənlərin ifadələri alınır”
Nərminin qatili barədə ətraflı məlumat açıqlandı: Atasının sinif yoldaşı imiş
74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi — MƏHKƏMƏ