Cəmiyyət
Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Ali imran surəsi 185-ci ayədə deyildiyi kimi, “Hər canlı ölümü dadacaqdır”. Hamımızın gedəcəyi son yer olan qəbiristanlıqlar öz səssizliyi ilə yanaşı maraqlı və ibrətamiz hadisələrə də səhnə ola bilirlər.
Türkiyənin Sakarya bölgəsinin qəbiristanlıqlar müdiri, o böyük qəbirsanlıqlarında baş vermiş maraqlı hadisələri belə danışdı:
Vəfat edən bir qadın olan zəlzələ sırasında şəhid oğlunun məzarına basdırılmaq istədiyini vəsiyyət edir. Vəfat etdiyi gün bu qadını oğlunun qəbrinə basdırmaq üçün qəbri qazmağa başlayan məzarçı ibrətamiz bir
hadisə ilə üzləşir.
Taxtaları kənara atarkən bir də baxır ki cəsəd olduğu kimi durur. O halı görüncə məzarçı qaçmağa başlayır. İşçimiz mənə zəng edib müdirim məzarçı qaçır dedi. Mən də qəbiristanlıqdan başqa qaçacaq yer yoxdu. Hara qaçır. Qoy qaçsın, taparıq. Onun məzarı qazdığı yerə get bax – dedim. Məzar başına gedincə cəsədin olduğu kimi dayandığını mənə telefonda dedi. Mən də tüklərim biz-biz halda alda dərhal sıfırdan basdırırsanmış kimi taxtalarını məzarın üstünə qoy, üstünü də torpaqla – dedim. Onlar Allahın mühafizəsi altındadılar. Həmin məzarın yanında boş yer vardı. Anasını da
həmin boş yerə basdırdıq. Bu vəziyyəti yaxınlarına danışdığımız zaman hamı ağladı”.
Sakarya qəbiristanlıqlar müdiri fərqli bir hadisəni də belə danışır:
Bir gün “Məzarçımız məzar yeri qazarkən yandakı məzarda açılma oldu. Taxtaların arasından kəfənli bir cəsəd görsənmiş. Məzarçı özündən getmiş. Cənazə yaxınları məzara baxmağa gələndə
məzarçını huşsuz halda tapıblar. Məzarçı oyananda açılan məzardan çox gözəl qoxunun gəldiyini və sonra özündən getdiyini söyləyib. Məzarı açılan qadının cənazəsi heç çürüməyib. Yaxınları
qadının doğum zamanı körpəsi ilə birgə öldüyünü söylədilər”.
Xatırlayaq ki, peyğəmbər demişdir ki bir qadın doğuş vaxtı ölsə, o şəhiddir. ŞOK! – Peyğəmbərin məzarını açdılar, içindən çıxanlar inanılmazdır Qüdsdə Həzrəti İsanın dəfn edildiyinə inanılan sərdabənin ətrafındakı mərmər sökülüb. Bunun üçün 35 arxeoloq 60 saat işləyib. Sərdabənin açılması münasibətilə təşkil olunan dini mərasimdə Qüds patriarxı Teofilos sərdabənin ilk dəfə bərpa ediləcəyini xüsusi vurğulayıb. Qeyd edək ki, mərmər sərdabə 1810-cu ildə inşa edilib. Patriarx əlavə edib ki: “Bu təmir sadəcə müqəddəs torpaqlar üçün deyil, həmçinin, bütün dünya üçün bir hədiyyədir”.
Arxeoloqlar mərmər sərdabənin içindəki məzarın əhənglə örtüldüyünü görüblər. Ətrafdakı mərmərin üzərində xaç işarəsi oyulub.
Məzar Qüds şəhərinin əvvəlki yerində inşa olunan Müqəddəs Məzar Kilsəsinin içindədir. Onun mərmərlə örtülməsinin 1555-ci ilə, və ya daha əvvələ təsadüf etdiyi ehtimal olunur. Arxeoloqlar mərməri sökəndən sonra Həzrəti İsanın dəfn olunduğuna inanılan qaya oyuğunu araşdırmağa başlayıb.
National Gheographic`in məlumatına görə, araşdırmaların məqsədi Həzrəti İsanın bu qaya oyuğunun hansı hissəsinə dəfn olunduğunu tapmaqdı.
Xristian dini rəvayətlərində deyilir ki, Romalılar İsanı çarmıxa çəkəndən sonra o, əhəng daşından oyulan bir mağarada dəfn olunub. Xristianlar isə İsanın dəfn edildikdən bir müddət sonra dirildiyinə inanırlar. Onların inandığı rəvayətdə deyilir: “İsa ölümündən üç gün sonra bir qadının gözünə görünür. Qadın da İsanı gördüyünü hamıya car çəkir. İnsanlar məzara baş çəkəndə oranın boş olduğunu görür”.
Bu rəvayət xristianlıqda “İsanın möcüzəsi” adlanır.
Xristianlığın ən müqəddəs məkanı sayılan bir yerdə arxeoloji qazıntılara Afinada yerləşən Beynəlxalq Texniki Universitetin elm adamları start verib. Arxeoloqlar bundan əvvəl Afinadakı Akropolda və Ayasofyada elmi araşdırma aparıb və təmir-bərpa işlərinə rəhbərlik ediblər.
Qazıntı zamanı arxeoloqlar əhəng qatının altında xırla örtülü bir boz daşa rast gəliblər. Boz daşın tərkibi haqqındakı məlumatlar analizlərdən sonra bilinəcək.
İsa dəfn olunarkən oyulduğu güman edilən qayanın da üzərində müxtəlif analizlər aparılır. Tarixə əsaslansaq, bu məzar ilk dəfə olaraq eramızın 326-cı ilində Roma imperatoru Konstantinin anası Helena tərəfindən tapılıb.
Restavrasiya işlərində iştirak edən National Gheographic`in əməkdaşı, arxeoloq Frederik Hiebert deyib: “ Mərməri qaldırandan sonra sürprizlə rastlaşdıq. Burda tərkibini bilmədiyimiz bir daş vardı. Rəvayətlərə güvənsək, bu daş İsanın məzarının original qapağı olmalıdı. Hələlik araşdırmalar davam edir.”
İlk dəfə sərdabənin qapağını qaldırmaq Beynəlxalq Texniki Universitetin rektor köməkçisi Antonia Mouropoulou`ya qismət olub. O, kimya professorudu. Məzar qapağını qaldırmağın niyə bir teoloqa, yaxud arxeoloqa həvalə edilmədiyi çox sual yaratdı. Hadisənin məntiqi izahı isə sadə idi: dinin axtardığı bir nəsnəni ancaq kimyagər tapa bilərdi. Mouropoulou mərmər qapağı 2016-cı ilin 26 oktyabrında açıb. O, ikinci qapağın üzərindəki işarətlərin “İncil”də haqqında danışılan işarəli daşa uyğun gəldiyini deyib.
Frederik Hiebert National Gheographic`a verdiyi müsahibədə sərdabə açılarkən həyəcandan ayaqlarının əsdiyini də deyib. O, əlavə edib ki: “Məzarın yüz faiz İsaya aid olduğuna hələ əmin deyildi.
Daha çox xəbər:
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
“O videonu görəndə dedim ki, tez Şükürə zəng elə” – Milli Qəhrəman Şükür Həmidovun atası
"Müəlliməm zəng edib anama dedi ki, qızın burada oğlanlarla..." - İntihar edən 5-ci sinif şagirdi
“Lotu Quli”nin məzarı üstündə baş verən silahlı insidentin ƏSL SƏBƏBİ
Şəfanın ölümünə səbəb olan QARDAŞI DANIŞDI – VİDEO - VİDEO