Hadisə
12:34, 15 may 2019
57
0

"Müəlliməm zəng edib anama dedi ki, qızın burada oğlanlarla..." - İntihar edən 5-ci sinif şagirdi

"Müəlliməm zəng edib anama dedi ki, qızın burada oğlanlarla..." - İntihar edən 5-ci sinif şagirdi


xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda yerləşən 109 nömrəli məktəbin V sinif şagidi Fatimə Əliyeva intihara cəhd edib. Qeyd edək ki, mayın 14-də jurnalistlərlə birlikdə Fatimə Əliyevanın atası məktəbə gəlib müəllimləri qızının intiharında ittiham edib.
Beş.az xəbər verir ki, Fatimə Əliyeva ilk dəfə danışıb.

O bildirib ki, ibtidai sinfi bitirib 5-ci sinifə keçən zaman müəllimlər onunla pis davranmağa başlayıb:

"Müəllimlər uşaqlar arasında ayrı seçkilik edirdi. Varlı ailənin şagirdləri ilə yaxşı davranırdı. Onlara qızım, oğlum, canım, ürəyim deyə müraciət edirdi. Mən kasıb ailədənəm deyə mənimlə pis davranıb, əynimdəki paltarlara ilişirdi. Mənim əynim "kalkotqa" yox idi deyə hamının içində məni təhqir edirdi. Mənim üstümə gülürdülər. Müəllimlərin sözlərindən sonra uşaqlar məndən uzaqlaşmağa başladı. Sinif rəhbərim Nigar Məmmədova mənimlə kobud rəftar edirdi. Bir neçə dəfə mənim ətəyimi dartırdı. Mənim ətəyim hər zaman uzun olub. Bir neçə dəfə sinifdə ağlamışam. Oğlan sinif yoldaşım olan qıza dağ keçisi söylədiyinə görə mən də ona cırcırama dedim. Həmin anda Nigar müəllimə anama zəng edib dedi ki, qızın burada oğlanlarla dalaşır. Mən müəllimə deyəndə ki, vəziyyətim yaxşı deyil, o mənə aktyorluq eləmə dedi. Mən də atam məktəbə gələndə dedim ki, müəllimə mənə aktyorluq eləmə söyləyib. Atam Nigar müəllimə ilə danışanda o boynuna almadı. Həmin gün vəziyyətim yaxşı deyildi. Müəlliməyə yaxınlaşıb dedim ki, icazə verin evə gedin. O, icazə vermədi. Bahanə etdi ki, evə tək göndərə bilmərəm. Mən dərsə girdim. Müəlliməm dəftərimi istədi, tapa bilmədi. Ona görə də müəllimə mənə iki yazdı. İki aldığıma görə evə gəlmək istəmirdim. Evə gəldim ki, 5 manat pulumu götürüb dönər alım yeyim. Sinif yoldaşımla danışdıqdan sonra evə gəlib atamın içdiyi 60 dərmanı götürüb pəncərənin qarşısında 5-5 içməyə başladım. Sonra ürəyim bulanmağa başladı. Getdim ki, yatım, özümə gəlim. Gözümü açanda xəstəxanada olduğumu gördüm. Müəllimlərim mənim yanıma xəstəxanadan çıxdıqdan sonra gəldi".

Digər xəbərlər: