Gündəm
20:30, 30 yanvar 2021
65
0

Ermənistanda bu olarsa, Qarabağda müharibə başlayacaq - Vəlizadə AÇIQLADI

Ermənistanda bu olarsa, Qarabağda müharibə başlayacaq - Vəlizadə AÇIQLADI
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan siyasətə qayıtdığını və qarşıdakı parlament seçkilərinə qatılacağını elan edib.

Nikol Paşinyan hakimiyyətini Qarabağ məğlubiyyətinə və iqtisadi siyasətinə görə sərt tənqid edən baş terrorçu vəziyyətdən çıxış yolunu bildiyini əlavə edib.

Baxmayaraq ki, praktiki olaraq Koçaryanın yenidən "dirilməsi" mümkün deyil, ancaq Ermənistanda Paşinyanın əvəzinə revanşist qüvvələri təmsil edən Koçaryanın hakimiyyətə gəlməsi bölgəyə necə təsir göstərə bilər?

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadənin sözlərinə görə, Robert Koçaryanın hakimiyyətə gəlməsi münaqişəni yenidən alovlandıra bilər.

"Qondarma rejimin ilk rəhbəri olaraq Qarabağın işğalında Koçaryan bilavasitə iştirak edib. Bu da mümkün danışıqlara öz mənfi təsirini göstərəcək. Koçaryanın yenidən siyasətə qayıtması hər halda yaxşı nəticə vəd etmir. Qarabağda vəziyyətin gərginləşməsi, təxribatların, hərbi toqquşmaların artması gözlənilə bilər”.

Bununla belə, ekspert Koçaryanın seçkilərdə qələbə şansını bir o qədər də yüksək qiymətləndirməyib.

"Çünki Ermənistan əhalisi onun hakimiyyəti dövründə törətdiyi cinayətlərdən xəbərdardır. Ona görə də onun yenidən hakimiyyətə gətirilməsini yəqin ki, istəməzlər. Lakin iş orasındadır ki, son illər ərzində Ermənistan əhalisi ümumiyyətlə seçkilərə maraq göstərmir. Bunun səbəbi həm keçmiş, həm də indiki hakimiyyətdə olan insanlara inamsızlıqdı”.

İlqar Vəlizadənin fikrincə, Ermənistan sakinləri seçkilərdə passiv iştirak edərlərsə, Koçaryanın qalib gəlmək şansları çoxalacaq.

"Əgər insanlar seçkilərdə passiv iştirak edəcəklərsə, köhnə komandanın nümayəndələri, Koçaryanın əlaltıları səsləri almağa cəhd göstərəcəklə. Heç nəyə ümid bəsləməyən insanlar öz səslərini asanlıqla sata bilərlər. Belə hal baş verərsə, təəssüflər olsun ki, Koçaryanın qalib gəlmə şansı daha çox olacaq. Müsahibəsində elə iddialı danışmasına səbəb səsləri ala biləcəyindən arxayın olmasıdır. O bilir ki, buna imkanı çatır. Hakimiyyətə gəldikdən sonra yenidən talançılıqla məşğul olmağa başlayacaq. Yeri gəlmişkən onlara qarşı cinayət işi açılıb. Cinayət işlərinin xitam edilməsi gözlənilir. Yenidən hakimiyyətə gəlməsi və büdcənin talan edilməsi üçün onlar bu addımı ata bilərlər”.
Digər xəbərlər: