Dünya
Koçaryan üçüncü dəfə tibbi müayinədən keçir
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan doqquz gün ərzində üç dəfə Yerevan xəstəxanasında tibbi müayinədən keçir.
Bu barədə Ədliyyə Nazirliyinin cinayət-icra şöbəsinin mətbuat katibi Nona Navikyan bildirib.
"Oktyabrın 8-də Köçəryan müayinə üçün “İzmirlyan” Tibb Mərkəzinə aparılıb. O, hələ ordadır", - deyə mətbuat katibi əlavə edib.
N. Navikyan daha əvvəl eks-prezidentin 30 sentyabr və 4 oktyabr tarixlərində eyni tibb mərkəzinə aparıldığını bildirib.
Əlavə məlumat verilmir. (Virtualaz.org)