Gündəm
İqbal Ağazadə: “Araik Artunyan bizdən qorxub qaçıb gizlənməli idi”

“Müharibə bitməyib. Kim hesab edir ki, müharibə bitib? Sabah Xankəndi, Xocavənddə, Xocalıda nələrin baş verəcəyini bilirsinizmi? Ermənilər Xocavənddə Qaregin Njdenin heykəlini ucaldıblar. Araik Artunyan bəyanatlar verir...”
Pravda.az-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
İ.Ağazadə bildirib ki, müharibə hərb meydanında dayanıbsa, masa arxasında davam etməlidir: “Araik Artunyan kabineti toplayır, “Artsax”ın müstəqilliyindən danışır. Azərbaycanın Baş Prokurorluğu Araik Artunyana cinayət işi açıb, onu axtarışa verib. Sülhməramlılarla söhbət bu olmalı idi ki, Araik Azərbaycana təhvil verilsin. Araik Artunyan bizdən qorxub qaçıb gizlənməli idi. Əvəzinə nə olur, qondarma qurumun bayrağı altında sülhməramlılarla Dağlıq Qarabağ məsələsini müzakirə edir...”
Daha çox xəbər:
“Kim iddia edə bilər ki, Manaf Ağayevin oğlanları və özü orduya çağrılsaydı, imtina edərdi?” – İqbal Ağazadə
Tural Gəncəliyev: “Qondarma rejimin oyuncaq “başçısı” anlayır ki, mühakimə ediləcəyi gün çox yaxındır”
İqbal Ağazadənin evinə BASQIN EDİLDİ
Qondarma rejimin "müdafiə naziri" öldü - YENİLƏNİB
Ermənilərin "şəhid etdiyi" hərbçimiz danışır: "Xalqımızın narahat olduğu görüntülər..." - VİDEO - FOTO
