Cəmiyyət
Ermənilərin "şəhid etdiyi" hərbçimiz danışır: "Xalqımızın narahat olduğu görüntülər..." - VİDEO - FOTO
Şanlı ordumuz sentyabr ayının 27-də düşmənə qarşı başladığı əks-hücum əməliyyatında qələbə qazandı. 30 ilə yaxın erməni tapdağında olan torpaqlarımız azad olundu. Ermənistan noyabr ayının 10-u ağ bayraq qaldırdı, kapitulyasiya olmaqdan başqa yolu qalmadı.
Müharibə dövründə ən güclü silahlardan biri də informasiya müharibəsi idi. Ermənistan tərəfi döyüş meydanındakı məğlubiyyətini yalan xəbərlərlə, videolarla ört-basdır etməyə çalışırdı. Lakin düşmənin bütün cəhdləri ifşa olundu. Ermənilər döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də bizə məğlub oldular.
Buna minlərlə fakt göstərmək olar. Bir faktı xüsusilə qeyd etmək istərdim. Yadınızdadırsa, döyüşlərin qızğın getdiyi vaxtlarda mənfur ermənilər tərəfindən bir video paylaşılmışdı. Həmin videoda cəsur döyüşçülərimizin ermənilər tərəfindən şəhid edildiyi göstərilirdi. Çoxumuz inanmasaq da, bəzi insanlarımız bu montaj videosuna inanmışdı. Əslində isə reallıq tamam fərqlidir.
Döyüşdə iştirak edən və videoda görüntülənən şəxslərdən biri, Vətən Müharibəsində qəhrəmanlıq göstərən Azərbaycanın igid oğlu kapitan Qasımov Anar Day.Az-a hadisənin necə baş verdiyini danışıb:
"Döyüş başlayan ilk gündən tabor komandiri kimi əsgərlərimlə Füzuli rayonunda döyüşlərə atılmışam. Füzulidən Xocavəndə kimi döyüşmüşəm. Xocavənddə yaralanmışam. Xalqımızın narahat olduğu görüntülər mənfur düşmənimiz ermənilərin növbəti hiyləgər oyunu idi. Əslində isə hadisə belə baş vermişdi. Hadisə Füzuli rayonunun, Qaraxanbəyli kəndində baş verib. Videoda da göründüyü kimi mən döyüş yoldaşlarımla bir yerdə düşmən tankını və heyətini məhv etmişik. Və irəliləməyə davam etdik. Mənfur düşmən yayılmış videomuzu sosial şəbəkələrdən götürərək montaj etmişdir, guya ki, bizi öldürüblər. Bu, tamam yalan üzərində montaj edilmiş video idi. Şükür Allaha ki, o videoda gördüyünüz şəxslər sağ və salamatdır".
Daha çox xəbər:
Düşmənin hücum cəhdinin qarşısı alındı: Döyüş texnikası və canlı qüvvə itirən ermənilər geri çəkilir - RƏSMİ
Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? - TƏFƏRRÜATLAR - FOTO
Ermənilərin diversiya cəhdinin qarşısı alınarkən bir hərbçimiz şəhid olub
İlham Əliyevdən Ermənistana öldürücü zərbə - 3 cəbhədə...
Laçını tərk edən ermənilər heyvanları belə öldürür - FOTO