Cəmiyyət
13:13, 29 dekabr 2020
64
0

Son 2 həftədə meyiti gələn erməni hərbçilərin SAYI AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR

Son 2 həftədə meyiti gələn erməni hərbçilərin SAYI AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR
Son iki həftədə Qarabağda Ermənistanın 1111 hərbi qulluqçunun meyiti tapılıb.

AZSABAH.COM bu barədə erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, erməni əsgərlərinin meyitlərinin axtarışları hələ başa çatmayıb və hazırda üç qrup müharibədə öldürülmüş erməni hərbçilərin meyitlərini axtarır.

Xatırladaq ki, dekabrın 25-də Ermənistan mətbuatı noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyitinin aşkarlandığını xəbər verib. Qeyd edilirdi ki, itkin düşmüş daha 537 erməni hərbçinin axtarışı aparılır.

Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.
Digər xəbərlər: