Dünya
Erməni tərəfinin itkilərinin sayı artdı - RƏSMİ
Qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə nazirliyi” Qarabağda döyüşlər zamanı daha 45 hərbçinin öldüyünü açıqlayıb.
PROPRESS xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 1870-ə çatıb.
Daha əvvəl Ermənistanın Səhiyyə naziri Arsen Torosyan 27 sentyabr-9 noyabr tarixlərində Qarabağda vəziyyətin kəskinləşməsi zamanı 2425 əsgərin öldüyünü təsdiqləmişdi.
Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.