Cəmiyyət
13:46, 13 fevral 2020
38
0

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: "Videoda adı çəkilənlərin ifadələri alınır”

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: "Videoda adı çəkilənlərin ifadələri alınır”
“Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”.
Bizimyol.info xəbər verir ki, bunu 10 yaşlı Nərmin Quliyevanını ölümü ilə bağlı istintaq araşdırması barədə məlumat verən, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O, qeyd edib ki, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:

“Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır”.

Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır:

“Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Şayiələr yazırlar, insanlarda çaşqınlıq yaradırlar”.

Qeyd edək ki, sosial şəbəkələrdə ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.

Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
Digər xəbərlər: