Cəmiyyət
Sədərək-lə bağlı ŞAD XƏBƏR - AZ ÖNCƏ AÇIQLANDI...
"Sərt karantin müddətində "Sədərək" Ticarət Mərkəzi fəaliyyət göstərmədiyi üçün sahibkarlardan yer pulu alınmayacaq".
Regiitv.az xəbər verir ki , bunu redaktor.az-a açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin Mətbuat katibi Kəmaləddin Qədim deyib. O, karantin müddətində sahibkarlardan yer pulunun alınması məsələsinə aydınlıq gətirib:
"Bundan əvvəlki karantin rejimində olduğu kimi, "Sədərək"də fəaliyyət göstərən mağazalar karantin müddətində fəaliyyət göstərmədiyi üçün onlardan yer pulu alınmayacaq".
Qeyd edək ki, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Daha çox xəbər:
İrandan “Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı -QƏRAR
İki günlük qadağada apteklər işləyəcək - Rəsmi açıqlama
Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - DİN-dən AÇIQLAMA - VİDEO
Yeni karantin qaydaları bu gecədən qüvvəyə mindi