Cəmiyyət
16:29, 24 fevral 2020
53
0

İrandan “Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

İrandan “Sədərək” Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı
İran İslam Respublikasından Azərbaycanda fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə satış üçün malların gətirilməsi dayandırılıb.
Bu barədə mərkəzin mətbuat xidmətini rəhbəri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, İrandan “Sədərək” Ticarət Mərkəzinə, əsasən, xalça və digər toxuculuq məhsulları gətirilir:

“Həmin mallar isə artıq gətirilmir. Həm indiki vaxtda bazarda İran malları işləmir. Xalça biznesi ilə məşğul olan şəxslərin əvvəlki aylardan gətirdiyi mallar hələ satılmayıb. Ona görə də İrandan “Sədərək” Ticarət Mərkəzinə malların gətirilməsi dayandırılıb.

Bazara, əsasən, Türkiyə və Çindən mallar gətirilirdi ki, koronavirusla bağlı Çindən də malların gətirilməsi dayandırılıb. İndi bazara ancaq Türkiyədən mallar gətirilir”.(trend)
Digər xəbərlər: