Siyasət
DTX-nın bir əməliyyatı bəs etdi – Qasparyan başılovlu gəlir
Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndlərində itkin düşənlərin sayı 73-dür.
Regiitv.az xəbər verir ki, bu barədə keçmiş və qondarma “dqr”in terrorçu-separatçıları məlumat yayıb.
“İnsidentin ilk saatlarından Rusiya sülhməramlılarının dəstəyilə onlar haqqında məlumat almaq üçün təxirəsalınmaz işlər aparılır”, – separatçılar bildirib.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan da buna görə Qarabağa gəlir.
Qeyd edək ki, üçlü Bəyanata uyğun davranmayan və əraziləri tərk etməyən, əvəzində isə Azərbaycan Ordusuna 26 noyabr və 8 dekabr tarixlərində terror hücumu gerçəkləşdirən erməni silahlılarına qarşı 11 dekabrda DTX antiterror əməliyyatı aparmışdı. Bu əməliyyatla Köhnə Tağlar və Çaylaqqalaya nəzarəti təmin edən DTX erməni silahlılarının digər ərazilərdən çıxmasını da tələb etmişdi.
DTX-nın bir əməliyyatı ilə darmadağın olan erməni silahlılarla bağlı günlərdir müzakirə gedir. Əməliyyatın ilk dəqiqələrindən Rusiya sülhməramlılarına sığınaraq, kömək üçün yalvaran ermənilərin bir hissəsinin bölgədən çıxarıldığı qeyd edilir. Belə ki, Azərbaycan Ordusu onları rus sülhməramlılarına təhvil verib.
Onlardan neçəsinin ölüb-yaralandığı, neçəsinin it-bata düşdüyü, neçəsinin təhvil verildiyi haqda müxtəlif məlumatlar yayılsa da, saylarının ümumilikdə 200 civarında olduğunu təxmin etmək olar.axar.az
Mənbə: konkret.az
Daha çox xəbər:
“Azərbaycanlılardan biri yaxınlaşdı, dedi sizi öldürmürük, amma 2 variantınız var...” - Erməni yaraqlısı
Xarici İşlər Nazirliyi DTX-yə müraciət etdi
Erməni valideynlər Tonoyanla görüş tələb edir: "Övladlarımızı qaytarın"
DTX-nin tutduğu sabiq icra başçısının həbs müddəti artırılır
DTX Biləsuvarın icra başçısını HƏBS ETDİ - Başçının müavinləri də saxlanılıb