Sosial
Bu gecədən internetin verilməsi dayandırılacaq? - RƏSMİ

"Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) adından 16 dekabr saat 00:00-dan qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu sözləri Redaktor.az-a NRYTN-nin Mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, sözügedən məlumat nazirliyin loqosuna oxşar, ancaq NRYTN-nə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir:
"Bu məlumat həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (skrinşot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.
Hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər".
Daha çox xəbər:
Ölkədə internetə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır - RƏSMİ
DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandır
Bakıda xuliqanlıq edən qızlar tutuldu - RƏSMİ
Nazirlikdən Biləsuvarda keçirilən əməliyyatla bağlı REAKSİYA
Azərbaycan bayrağına hörmətsizlik edən tələbə BDU-dan qovuldu - RƏSMİ
