Cəmiyyət
Nazirlikdən Biləsuvarda keçirilən əməliyyatla bağlı REAKSİYA
"Son günlər mətbuatda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir".
Anews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
"Sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov Xidmət tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir bir məsələ ilə bağlı şahid qismində qısa müddət üçün dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir. Ona görə də bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur"- deyə nazirlik rəsmisi əlavə edib.
Daha çox xəbər:
SMS cavab almayanlar DİQQƏTİNƏ! - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı - RƏSMİ
Bu şəxslər ödəniş üçün müraciət etməsin! - Nazirlik
Daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı - MÜƏMMALI SƏBƏB FOTOLAR
I dərəcə əlilliyi olan şəxslərə verilən pensiya ilə bağlı AÇIQLAMA