Sosial
Həftənin bu günü işlər dayandırılsın
Azərbaycanda COVID-19 virusuna yoluxanlar və bu infeksiyadan ölənlərin sayında ciddi artım müşahidə olunur.
AzerForum xəbər verir ki, pandemiya dövründə bir çox tədbirlər görülsə də, koronavirusun yayılmasının qarşısını almaq mümkün olmayıb.
COVID-19 virusu təkcə Azərbaycan deyil, həm qonşu ölkələrdə, həm də dünyanın əksər ölkələrində ciddi problemlər yaradıb. Koronavirusla mübarizə çərçivəsində ölkələr müxtəlik karantin tdbirləri görür və qadağalar tətbiq edirlər.
Bu gün Azərbaycanda koronavirusla mübarizə üçün karantin rejimi davam edir, həftəsonları isə qadağalar bir qədər sərtləşdirilir. Son rəqəmlərin yüksək olması ölkəmizdə əlavə tədbirlərin görülməsi ehtimalını gündəmə gətirib.
Azərbaycanda koronavirusla mübarizə üçün şənbə və bazar günləri tətbiq olunan karantin rejiminə cümə günün də daxil edilməsi təkliflər arasındadır. Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikrincə 3 günlük lokdauna keçilməlidir: "Sərtləşdirici addımlara mütləq getməliyik. İş yerlərinin sürüşkən qrafikə keçməsi, məhdud sayda işləməsi, onlayn rejimdə işləməyə üstünlük verilməsi ola bilər.
Şənbə və bazar günlərinə cümə günü də əlavə oluna bilər. Mən istərdim ki, 3 günlük lokdauna keçək və bütün sahələrdə iş faliyyətini dayandıraq".