Sosial
Azərbaycanda koronavirusla əlaqədar iki şəhərə giriş-çıxış bağlanır
Nazirlər Kabineti "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
Azxeber.com xəbər verir ki, dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.
Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.
Daha çox xəbər:
Baş Nazirdən xüsusi karantin rejimi ilə bağlı -QƏRAR
Xüsusi karantin rejimində kimlərə icazə, kimlərə qadağa var? - DİN-dən AÇIQLAMA - VİDEO
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ +VİDEO
Azərbaycanda yenidən karantin rejimi uzadılır? - Operativ Qərargahdan AÇIQLAMA
Azərbaycanda koronavirusa görə yeni qadağa QÜVVƏYƏ MİNDİ: BU GÜNDƏN ETİBARƏN...