Dünya
Koronavirus peyvəndi vurulan 6 nəfər öldü - Ürəyi dayandırır...
ABŞ-da koronavirus peyvəndi bir neçə nəfərin ölümünə səbəb olub.
Redaktor.az xəbər verir ki, ABŞ-ın “Pfizer” və alman şirkəti “BioNTech” tərəfindən birgə hazırlanmış vaksinin sınaqları zamanı altı nəfər ölüb. Bu barədə ABŞ-ın Ərzaqların və Dərmanların Keyfiyyət məsələləri üzrə İdarəsinin hesabatında bildirilir.
Qeyd edilir ki, ölümcül nəticə peyvənd edilən, həm də plasebonu almış pasiyentlər qrupunda baş verib. Preparatı alanlar arasında iki nəfər ölüb, plasebo könüllüləri arasında dörd nəfər dünyasını dəyişib.
Sənəddən göründüyü kimi, peyvənd edilənlər qrupuna düşmüş pasiyentlərdən biri piylənmə və aterosklerozdan əziyyət çəkib. O, preparatların birinci dozasının alınmasından üç gün sonra ölüb. Digər könüllüdə isə ikinci dozanın tətbiqindən 60 gün sonra ürəkdayanması baş verib.