Dünya
ABŞ-da qocalar evində 13 700 nəfər koronavirusdan ölüb
Amerikada müharibə veteranlarının qaldığı qocalar evində koronavirusdan 70 nəfərin öldüyü iddia edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Massaçusets ştatında baş verən hadisə ilə bağlı prokurorluğun araşdırmalara başladığı bildirilir.
Ölümlərə səbəb kimi isə virusa yoluxanlarla sağlam insanların eyni yerdə qalması göstərilir.
Ölənlərin və virusa yoluxanların sayının artacağı istisna edilmir.
Bildirilib ki, mart ayının sonunda qocalar evində 230 nəfər olduğu halda, indi bu sayı 100 nəfərdi.
Qeyd edək ki, səlahiyyətli şəxslər ABŞ-dakı qocalar evində indiyədək 13 700 nəfərin koronavirusdan öldüyünü açıqlayıblar.
Hökumət qocalar evindəki ölümlərlərin sayı ilə bağlı araşdırmalara başlayıb.