Gündəm
“Bəs Xocalı, Xankəndi, Xocavənd?” deyənlərə CAVAB
"Geniş izah verdim, bəzi dostlar oxumadan yenə sual verdilər, "Bəs Xocalı, Xankəndi, Xocavənd?!” Legitim suallardır, amma artıq hökumətin edəcəyi bura qədər idi və çox şey etdi, Ordumuzun sayəsində inanılmazı başardı, indi biz - vətəndaşlar təşəbbüs göstərməliyik. Xankəndinin deputatı orda ofis açmalı, əhali ilə görüşməli, Xocalı camaatı bizim hökumətın rəsmi kanalları ilə Rusiya "sülhməramlılarına" müraciət etməli, onlar təhlükəsizliyə zəmanət verməli, Ağdamdan, Şuşadan Xocalı yol açılmalı, orda məktəb, xəstəxana, polis idarəsi, Bank şöbəsi açılmalı, camaat da yavaş-yavaş ora köçməlidir”.
Sfera.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib. "Yəni, qalan torpaqlarımızı silahsız, dronsuz, top-tüfəngsiz ayaqla, piyada gedərək, tikib-quraraq, yaşayıb öz varlığımızı göstərərək azad edəcəyik. Hamımız əlimizi daşın altına qoymalıyıq, Xocalıya ədalət artıq o şəhəri qurub-yaratmaqla olmalıdır. Sonra orada möhtəşəm "Xocalı Abidəsi" açılmalı, Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni əsilli azərbaycanlılara pasport o abidə önündə təqdim edilməlidir. Rusiya "sülhməramlıları" Qarabağa İrəvandan Xankəndinə adam daşımaq üçün gəlməyib (əslində ona gəlib), bütün qaçqın-köçkünlərin geri qayıtmasına zamin olaraq gəlib (əslində elə olmasına məcbur etməliyik). Nə qədər ki, 5 il burdadılar, onlardan ağılla maksimum istifadə etmək zamanıdır!” – N.Cəfərli qeyd edib.
Daha çox xəbər:
Prezident Xocalı faciəsini andı - FOTO
Vilayət Eyvazovdan Xocalıya YENİ TƏYİNAT
Xocalı rayonunda düşmənə ağır zərbə endirilir
Xocalı faciəsinin qurbanı: “Soydaşlarımızın əlləri, ayaqları kəsilmişdi, 80 meyiti bir maşına yığdım”
“Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” Xocavənd, Ağdərə, Xankəndi, Ağdərə...- VİDEO