İdman
10:19, 19 noyabr 2020
367
0

Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb

Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Redaksiyamızın bugünkü qonaqları Əlbəyaxa Döyüş Nümayəndəliyinin Prezidenti, 6 qat dünya çempionu Səməd İbrahimov və MMA üzrə peşəkar döyüşçü, Dünya və Avropa çempionu Taleh Nəcəfzadə oldular. Söhbətimizin əsas qayəsini düşmən üzərində möhtəşəm qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi mövzusu təşkil etdi.

- Səməd müəllim, düşünürük ki, bu qələbə sizə daha yaxın olar. Siz 2009-cu ildə və 2012-ci ildə erməni idmançı Karopetyan üzərində qələbə qazandıqda heç düşündünüzmü ki, bir gün gələcək, Ali Baş Komandanımız mili ordumuzla birgə bu torpaqları qaytarıb xalqını sevindirər?

- Bəli, mən inanırdım. Çünki bizim Ali Baş Komandan çox gülcü sərkərdədir, ermənilərə çox şans verdi. Lakin gördü ki, bunlar belə getməklə heç düzələn deyillər. Sonda 27 sentyabrda əks-hücum əmri verərək göstərdi və bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı çox güclüdür, güclü ordusu var və bir qarış da olsun torpaqlarını düşmən işğalı altında saxlamayacaqlar. Bu qələbədə bizə dəstək olan qardaş dövlətlər Türkiyə və Pakistan rəhbərliyinə, xalqlarına öz adımdan və idmançı dostlarım adından dərin minnətdarlığımı bildirirəm.

- Taleh bəy, Siz ilk dəfədir ki bizim qonağımız olmusuz. Bizə özünüz haqda, döyüşləriniz haqqında məlumat verərdiniz...

- 10 yaşımdan idmanın Sambo növünən məşğul olmuşam. Hal-hazırda MMA profesional döyüş növüylə məşğulam. Məşqçim də çox hörmətli Etiqad Atakişiyevdir. O da MMA döyüş növü üzrə dəfələrlə Dünya və Avropa çempionu olub. M-1 Qlobal döyüş təşkilatında 7 döyüş keçirmişəm. MMA üzrə Dünya və Avropa mükafatçısı, Free-fighting üzrə Dünya çempionu olmuşam.

- Hal-hazırda idman zallarının bağlanması ilə əlaqədar nə deyə bilərsiniz?

- Bəli, pandemiya ilə əlaqədar zallar bağlıdır. Bu da başa düşüləndir. Hazırlıq səviyyəmizi qorumaq üçün mışqçimiz Etiqad Atakişiyev və dostum Səməd İbrahimovla birgə açıq hava altındakı stadionlarda məşqlərimizi davam etdiririk. Zalların fəaliyyətinin bərpasından sonra da tələbələrimizlə birgə məşqlərə başlayacayıq.

- Səməd müəllim, bildiyimizə görə 2009-2012-ci ildə məğlub etdiyiniz erməni döyüşçüsü Karopetyanla revans döyüşünüz var...

– Doğrudur, 2022-ci ildə Almaniyanın Hagin şəhərində revans döyüşümüz olacaq.

- Bəs Siz hal-hazırda revanşa hazırlıqla əlaqədar harada və necə hazırlaşırsınız?

- Talehin dediyi kimi, indi idman zallarımız məlum səbəbdən bağlı olsa da, açıq hava şəraitində tanınmış döyüşçülərimizlə məşqlər edirik. Taleh Nəcəfzadə, Etiqad Atakişiyev və qardaşım Vüsal İbrahimovla birgə. Heç şübhəm yoxdur ki, müzəffər Azərbaycan Ordusunun qələbəsi idmançılarımızı da ruhlandırıb. Əminəm ki, revanş görüşündə psixoloji üstünlük mənim tyərəfimdə olacaq. Bu isə mühüm amildir. Sağlıq olsun.

- Bildiyimizə görə Siz Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin də əməkdaşısınız?..

- Bəli, mən Nərimanov Rayon Mühafizə İdarəsinin idman üzrə təlimatçı-məşqçi inspektor vəzifəsində çalışıram. Həmçinin idarədə rəisimizin göstərişinə əsasən həftənin ikinci və beşinci günləri idman saatlarında məşqlər keçib nəzarətdə saxlayırıq.

- İşlə məşqiniz üst-üstə düşürmü, belə hallar maneçilik yaratmır?

- Xeyr. Baş Mühafizə İdarəsinin rəisi polis generalı cənab Nurullah Məmmədxanlı və idarə rəsimiz polis polkovniki Samir Xan-Babayevin dəstəyi ilə məşqlərimizə rahat vaxt ayrırıb. Beynəlxalq yarışlarda iştirak edirəm.

- Bildiyimizə görə bu günlərdə Böyük Qələbə münasibətilə Nümayəndəliyin fəxri diplomları ilə təltif edilənlər olub...

- Bəli, Baş Mühafizə İdarəsinin rəisi cənab Nurullah Məmmədxanlı, rəis müavini Daşqın Mehtiyev, Nərimanov Rayon Mühafizə İdarəsinin rəisi cənab Samir Xan-Babayev və rəis müavini Səlim Salmanlı fəxri diplomla təltif olunmuşlar.

- Hər ikinizə yarışlarda uğurlar arzulayırıq. Yeni-yeni qalibiyyətlər gözləyirik. Müsahibə üçün sağ olun!

- Siz də sağ olun!

Söhbətləşdi: Orxan Rzazadə

Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Ordumuzun qələbəsi idmançılarımızı da ruhlandırıb
Digər xəbərlər: