İdman
12:00, 17 noyabr 2020
100
0

Yığmamız Millətlər Liqasındakı son matçına çıxır - AFİŞA

Yığmamız Millətlər Liqasındakı son matçına çıxır - AFİŞA
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

Yığmamız Millətlər Liqasının qrup mərhələsindəki sonuncu oyununu keçirəcək.

Canni De Byazinin komandası Lüksemburqda meydan sahibləri ilə görüşəcək. C liqasının 1-ci qrupunun son turunun qarşılaşması hər iki komandanın taleyinə aydınlıq gətirəcək.

Lüksemburq qrup qalibi kimi B liqasına yüksəlmək uğrunda mübarizə aparır. Millimiz isə sonuncu yerlə C liqasında qalmaq uğrunda pley-offa düşməmək üçün çalışır.

Lüksemburqun Joze Bartel stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, qrupun eyni vaxtda başlayacaq digər matçında Monteneqro və Kipr üz-üzə gələcək.

Millətlər Liqası

VI tur, 17 noyabr

C liqası, 1-ci qrup

23:45. Lüksemburq - Azərbaycan
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. Joze Bartel stadionu
Digər xəbərlər: